BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dəyərli ömür - 70 yaşın mübarək, Hacı Ağa!

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov 27 Yanvar 1956-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Təbii ki, yaşasaydı bu gün 70 yaşı olacaqdı. Ancaq onun ömür yolu çox dəyərli, bərəkətli keçdi. O, Azərbaycan xalqının dəyərli şəxsiyyətlərindən, mənəvi sərvətlərindən biri idi. Hacı Ağakərim əmi ilə tez-tez görüşürdüm. Həyatda tanıdığım yeganə insan idi ki, onunla söhbət edəndə Vətəndən danışardı, övladlarımızın vətənpərvər olmasından, əxlaqlı, tərbiyəli, imanlı olmasından danışardı. Deyirdi: "Vətənpərvər olmaq, Vətəni sevmək, yaxşı insan olmaq deməkdir. Ən yaxşı övlad vətənpərvər övladdır. Gələcəkdə nəvə-nəticələrimiz bizim yaşadıqlarımızı yaşamasınlar".

Allahın köməkliyi ilə 2020-ci ildə Ali Baş Komandanın əmri ilə, qəhrəman, igid oğullarımızın səyi nəticəsində, şəhid övladlarımızın qanı, canı bahasına torpaqlarımızı düşmənlərdən azad etdik. Ağakərim əmi çox sevinirdi. Deyirdi ki, bu qələbəyə Mübarizin də ruhu sevinir. Mənə də dedi ki, Müşfiq, bu illər ərzində, Mübarizdən sonra yaşadıqlarım haqqında, düşüncələrim haqqında mənim məsləhətim ilə bir kitab yaz. Mənim üçün bir şəhid atasının istəyini, arzusunu yerinə yetirmək həm məsuliyyət, həm də şərəf idi. Allahın qisməti ilə 2024-cü ilin may ayında Hacı Ağakərim əmi ilə birlikdə "Mübarizdən sonra" kitabını yazmağa başladıq. Kitabın redaktoru da əziz dostumuz Hacı Famil Burxanoğlu idi. 4-5 ay ərzində gərgin iş rejimində çalışaraq "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" kitablarını yazdıq. Bizə dəstək olan, hər zaman yanımızda olan hər kəsə öz təşəkkürümü bildirirəm. Ağakərim əminin sağlığında "Heydər Əliyev Fondunun" dəstəyi ilə həmin kitablar işıq üzü gördü. Onun ən böyük arzularından biri də həyata keçmişdi. Onun sağlığında "Mübarizdən sonra" və "Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqdimatları, "Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyində", Azərbaycan Yazıçılar Birliyində keçirildi. Böyük planları var idi. Mənə verdiyi tapşırıqları da imkanım olduğu təqdirdə həyata keçirirəm. Əfsuslar olsun ki, Allah sevimli bəndəsini tez bir zamanda da öz yanına apardı. Bu yazılan kitablar vasitəsi ilə, sanki öz son missiyasını yerinə yetirmişdi. Ağakərim əmini yaxından tanıyan bir adam kimi demək istəyirəm, Vətəni, xalqı sevən bir insan idi. O, həm də Allaha çox bağlı, Ona inanan, təqvalı, imanlı bir bəndə idi. Düşüncələrinin birində deyirdi: "Biz övladlarımızı elə yetişdirməli və tərbiyə etməliyik ki, elmli və savadlı olmaqla yanaşı, insani keyfiyyətləri ilə də bütün dünyaya örnək olsunlar. Bunun üçün Rəbbimizin bizə göstərdiyi yolla getməli və buna çalışmalıyıq. Mən tam yəqinliyə çatmışam ki, dünyanı idarə edən bir qüvvə var. O da yalnız Allahdır. Bu yəqinliyimin sayəsində Rəbbimizin bizə göndərdiyi Qurana, hər şeyin həqiqətinin orada öz əksini tapdığına və göstərildiyinə çox inanıram. Allah Quranda öz bəndələrinə göstərdiyi yolla getsək, bizə heç kimin gücü çatmaz. Allahın göndərdiyi səmavi kitab həm bu dünya, həm də axirətin xoşbəxtliyinin təminatçısıdır. Daim xoşbəxtlik axtarışında olan insan üçün bundan böyük mənbə ola bilməz. Odur ki, hamılıqla Allahın bizə göndərdiyi bu xoşbəxtlik mənbəyinə sarılmalıyıq".

Hacı Ağakərim İbrahimov cismən bizimlə olmasa da ruhən bizimlədir. Onun fikirləri, ideyaları və ondan yadigar qalan "Ağakərim İbrahimovun düşüncələri" kitabındakı nəsihətləri bizimlədir. Sonda da unudulmaz şəhid atasının, şəhid ataları haqqında dediyi fikri qeyd etmək istəyirəm: "Şəhid atası olmaq çox böyük bir məsuliyyətdir. Şəhidlər öz atalarının üzərinə ucaldıqları zirvənin ağırlığı qədər bir məsuliyyət qoyub gediblər. Uşaqdan böyüyə hər kəsin gözü üzərimizdədir. İnsanlar bizə sevdikləri qəhrəmanların, qibtə etdikləri igidlərin, özlərini borclu bildikləri ülvi şəxsiyyətlərin, zirvədə gördükləri fədakarların nişanələri kimi baxırlar'.
Allah bütün şəhidlərimizi, Mübariz İbrahimovun və onun arası Hacı Ağakərim əmini rəhmət etsin. Ruhları şad olsun. Onları axirətdə Hz. Peyğəmbərlə (s), Əhli-Beytlə qonşu etsin.



Müşfiq Malik Muğanlı
şair-yazıçı, publisist

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər