
Cəmiyyət
22.07.2022 / 03:34
“Qala divarlarının korlanması ilə bağlı yayılan şəkillər köhnədir” - DİN-dən açıqlama
Sosial şəbəkələrdə İçərişəhərin Qala divarlarının yenidən korlandığına dair fotolar yayılıb.
“Xeber 7” məlumat verir ki, fotolarda divarlara müxtəlif yazılar yazılmaqla və cızılaraq korkandığı bildirilib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, yayılan fotolar köhnədir:
“Həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar. yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir”.
Qeyd edək ki, bir müddət öncə Qala divarlarının korlanması faktı aşkar olunmuşdu. Hadisə ilə bağlı DİN əməli törədən 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadənin saxlanıldığını açıqlamışdı.