
14.08.2022 / 11:49
AYB-in üzvünə vəzifə verildi
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-publisist Yusif Nazim Ərəbsoy "Facebook" səhifəsində Diri Baba türbəsinə direktor təyin olunduğunu paylaşıb. Qeyd edək ki, Diri Baba türbəsi Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir. Avqustun 12-də ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Diri Baba türbəsində aparılan yenidənqurma işlərilə tanış olub. Abidənin turizm infrastrukturunun inkişaf etdirilməsiylə bağlı öz göstərişlərini verib.
Diri Baba türbəsi Şirvanşahlar zamanının yadigarıdır. Bu əzəmətli türbə hər il minlərlə xarici turistin gəlib səyahət etdiyi yerlərdəndir.