BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

- İctimai qınaq və təşviq etməmək

- Uşaqlara internetdə davranış qaydalarını məktəblərdə öyrətmək

- Qanuni məsuliyyət

- Sosial institutlar.

 

İnternetin cəmi otuz yaşı var və son illərdə sözün əsl mənasında o daha da geniş yayılıb. Və cəmiyyət hələ də burada nəyin məqbul, nəyin qeyri-məqbul olduğunu müəyyənləşdirmə mərhələsini yaşayır. İndiyə qədər 1000 illər ərzində insanlar yazılı və şifahi nitqdə davranış norma və nümunələrini hər biri öz başa düşdüyü formada uyğunlaşdırmış və istifadə etmişlər. Buna uyğun hüquq sistemi də formalaşmışdır. Amma məlum olur ki, bu qanunlar internetdə tam yaramır. Reaksiyanın başqa sürəti, şəkillər, video və audiodan istifadə - bütün bunlar qavrayışı tamamilə dəyişir, klassik yanaşmadan xeyli kənara çıxır. Doğrudur, son illər bir çox ölkələrdə internetdəki davranışın yaratdığı məsuliyyəti real həyatdakı davranışın yaratdığı məsuliyyət ilə eyniləşdirən qanunlar tətbiq olunur. Amma real həyatda insanların davranışlarının hamısını yalnız qanunlar tənzimləmir axı. Ictimai qınaq, sosial normalar önəmli rol oynayır. 

 

Beləliklə, cəmiyyət yavaş-yavaş, səhvlər edərək və qurbanlar verərək İnternetdə davranış qaydaları qurmaq məcburriyyətindədir. Bu qaydalar zaman keçdikcə işlənib hazırlanacaq və həyatın bu sahəsini tənzimləyən sosial institutlar mütləq ortaya çıxacaq. Bəzi nümunələr artıq mövcuddur. Məsələn, bir neçə il əvvəl İsrail təhsil sistemində İnternetdə davranışın sistemli tədrisinə başlayıblar. Uşaqlara onlayn danışma məsuliyyətindən bəhs edən sosial çarxlar nümayiş etdirilir, təlimlər keçirilir. Polisin internetdə cinayətlərlə bağlı xüsusi şöbələri var, oradan mütəxəssislər məktəblərə gəlir və internet rabitəsinin təhlükələrindən danışırlar. Biz uzun müddətdir ki, uşaqlara real həyatda diqqətli olmağı öyrədirik, lakin indi sosial şəbəkələrdə və çatlarda da ünsiyyətin risklərini izah etmək daha vacibdir.

 

Amma düşünməyin ki, vəziyyəti dəyişmək sırf dövlətin işidir. Nə məhdudiyyətlər, nə cinayət məsuliyyəti, nə də senzura cəmiyyətin bacardığını edə bilməz. İnternetdə trollinq, təhqir və aqressiya sosial cəhətdən qəbuledilməz davranışa çevrilməlidir, ictimai qınağa tuş gəlməldir, dəstək görməməlidir. Autsayder olmaq, dəstək almamaq, “like” almamaq, paylaşılmamaq - trolluğu qurudan, onu əsas həyati şirələrdən məhrum edən amillərdir.

 

Təcavüzün yayılma mexanizmi virusa bənzəyir və o qeyri-adi dərəcədə aktivdir. Bir nəfər nifrət dolu şərh yazır, digərləri isə ona və bir-birinə mənfi cavab verir. Eyni zamanda hamı bəyənmə gözləyir, tərəfdarlarını “like”larla onu təşviq etməyə çağırır. Təcavüz getdikcə daha çox yeni qurbanları cəlb edərək özünü genişləndirir. Və sonra 1982-ci ildən elm adamları tərəfindən ifadə edilən "sınıq şüşələr nəzəriyyəsi" (Sınıq pəncərələr nəzəriyyəsi) işə salınır. Bu nəzəriyyəyə görə, cəmiyyət hər hansı bir sahəyə antisosial davranış və vandalizm status verdiyi halda həmin sahədə daha çox vandalizm müşahidə olunur. Nümunə olaraq, 70-80-ci illərdə ingilis futbolunun vəziyyətini göstərmək olar. Mətbuatda və ictimaiyyətin diqqətində olan məqalələr yalnız hər kəsi ingilis futbol stadionunun təhlükəli, təcavüz və zorakılıqla dolu bir yer olduğuna inandırdı və bu isə, yalnız ingilis stadionlarındakı vandalizmi daha da gücləndirdi. Eyni şey İnternetdə də belədir. Şərhləri oxuyanda insanlar internetin zibil qutusu olduğu və burada nə istəsən yaza bilərsən qənaətinə gəlirlər. Və özləri də çox vaxt bilmədən bu qavrayışın alətinə çevrilirlər.

 

Baxmayaraq ki, əslində hamımız başa düşürük ki, nə futbol, nə də internet özlüyündə aqressiya və qəzəb doğurmur. 21-ci əsrin ən böyük ixtirası olan İnternet dünyanı birləşdirdi, valideynlərimizin heç xəyalına belə gətirmədiyi şeyləri mümkün etdi. Biz hər kəslə və istənilən dildə ünsiyyət qururuq, dünyanın o tayında sevdiklərimizi görürük, virtual səyahətlər edirik, kitablar oxuyuruq və xəbərlər paylaşırıq, filmlərə baxırıq və həyatları xilas edirik. 

 

Bəşəriyyət doğrudanmı o qədər axmaqdır ki, bu dahiyanə alətdən yalnız yenidən müharibələr təşkil etmək, cinayətlər törətmək, nifrət yaymaq üçün istifadə etməyi üstün tutur? Bu sualın cavabını isə gələcək göstərəcək…

 

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər