
24.08.2022 / 14:54
Ağdaşda “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusu müzakirə olunub
Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, çıxışlarda dini radikalizmin mahiyyətindən, törədə biləcəyi təhlükələrdən bəhs olunub. Qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər. O da vurğulanıb ki, Azərbaycanda dini durum sabitdir.Sonda tədbir qarşılıqlı müzakirələrlə davam edib.