
10.09.2022 / 18:28
Əvəz Zeynallı barəsində cinayət işi başlandı - Rəsmi
“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı barəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir neçə saat əvvəl Əvəz Zeynallı saxlanılıb və ofisində axtarış aparılır. Eyni zamanda vəkil Elçin Sadıqovun da ofisində axtarış aparılır.