BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bəyanat Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə tərəfindən Küveyt saytlarında dərc edilib.

Sənəddə bildirilir: "Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk.  Dünya azərbaycanlıları baş vermis hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermis qanlı olay məntiqə və insanlığa sığmır. 
Cənubi Azərbaycanda 40 milyon soydaşımızın yaşaması, onların davamlı olaraq hüquqlarının pozulması və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması bizi hədsiz narahat edir. 
Biz dünya ictimaiyyətinin diqqətini regiona yönəldir,  insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə çağırırıq. 
 Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq.
Nəzərinizə çatdıraq ki, biz İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinin şahidiyik. Belə ki, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanına keçmiş, bu günə qədər Ermənistan və İran bu barədə heç bir açıqlama verməmişdir. 
Biz törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyir, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözləyirik".
Bəyanatı ətraflı aşağıdakı saytlardan izləmək olar:
بيان صادر عن أذربيجانيي العالم بخصوص الهجوم المسلح على سفارة بلادهم لدى جمهورية ايران الاسلامية .. عمل ارهابي جبان 
//dasmannews.com/2023/01/27/بيان-صادر-عن-أذربيجانيي-العالم-بخصوص-ا/
 دسمان نيوز/ ‏بيان صادر عن أذربيجانيي العالم بخصوص الهجوم المسلح على سفارة بلادهم لدى جمهورية ايران الاسلامية .. عمل ارهابيجبان 
 //nabdapp.com/t/114546603

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər