BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində görkəmli türkoloq, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevə həsr olunmuş, özbək dilinə tərcümə edilərək nəşr olunmuş “Xolid Said Xo‘jayev” kitabının təqdimat mərasimi keçiriləcək, eyni zamanda onun adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının açılışı baş tutacaq.

Azər Turonun müəllifi olduğu “Xolid Said Xo‘jayev” kitabı 1937-ci il repressiyasının qurbanlarından biri, görkəmli türkoloq, “Divanü lüğat-it-türk” əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi olan azərbaycanlı alim Xalid Səid Xocayevin həyat və elmi fəaliyyətinə həsr olunub. Nəşr alimin zəngin irsini işıqlandırmaqla yanaşı, müasir türkşünaslıq tarixinin bir sıra mühüm məqamlarına aydınlıq gətirir.

Tədbirdə Azərbaycan və Özbəkistanın rəsmi şəxsləri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak edəcəklər.

Layihə çərçivəsində yaradılacaq auditoriya Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən zəngin kitab fondu, foto materiallar və müxtəlif tədris vəsaitləri ilə yanaşı, görkəmli alim Xalid Səid Xocayevin həyat və elmi irsini əks etdirən nəşrlər, arxiv materialları, foto-sənədlər və digər təqdimat materialları ilə də təmin olunacaq.

Auditoriyanın tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın xəritəsi və digər vizual elementlər yer alacaq.

Yeni yaradılan auditoriya tələbələrin Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də elmi müzakirələrin, təqdimatların və birgə layihələrin həyata keçirilməsi üçün mühüm akademik platforma rolunu oynayacaq.

Bu təşəbbüs Azərbaycan ilə Özbəkistan arasında elmi-mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, ortaq türk irsinin öyrənilməsi və təbliğinə xidmət edir.

Son xəbərlər

Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq

31 Mart – Tarixi faciə və milli kimlik

Maqadanda Novruz bayramı qeyd olunub

Gəncədə ilk dəfə Aida İmanquliyeva adına uşaq bağçası istifadəyə verilib

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

Bütün xəbərlər