BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, iyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Çimərlik Arenasında təşkil edilən yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşib. Növbəti gündə isə böyüklər qum üzərində ən güclülərini sınayıblar.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.

Xatırladaq ki, Çimərlik güləşi üzrə Azərbaycan çempionları arasında Günel Kərimli (55 kq) də var. Gənc güləşçi Günel Kərimli 15 yaş kateqoriyasına daxil olsa da, 17 yaşlı idmançılar arasında təşkil olunan yarışda mübarizə apararaq birinci yeri qazanıb. Yarışla təəssüratlarını bölüşən Günel bu qələbənin onun üçün sadəcə bir medal deyil, həm də gələcək uğurların təməli olduğunu bildirib: “Mən 15 yaş qrupuna aid olsam da, özümə güvənərək 17 yaş qrupu arasında keçirilən yarışda iştirak etməyə qərar verdim. Bu, mənim üçün həm fiziki, həm də psixoloji baxımdan böyük sınaq idi. Yarış ərzində çətin anlar oldu, amma hər görüşdə mübarizə apardım və nəticədə çempion oldum. Bu qalibiyyət mənim üçün böyük əhəmiyyət daşıyır, çünki daha yüksək yaş qrupu ilə rəqabət apararaq öz potensialımı göstərdim. Qalibiyyətim mənə böyük güvən və motivasiya verdi”.


Günel, qazandığı bu uğurun arxasında dayanan insanlara da xüsusi təşəkkürünü bildirib: “Bu uğurumda əməyi keçən hər kəsə minnətdaram. İlk növbədə Azərbaycan Güləş Federasiyasına göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Hər zaman yanımda olan və mənə inanaraq dayanmadan çalışan müəllimlərimə, xüsusilə də məşqçim Elvin Aslanova minnətdaram. Ən böyük dəstəyi isə ailəmdən görürəm – onların sevgisi və mənə olan inamı hər zaman mənə güc verir”.


Günel Kərimli gələcək planları barədə də danışıb və məqsədinin beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil etmək olduğunu bildirib: “Qarşıda daha böyük hədəflərim var – Avropa və dünya çempionatlarında iştirak etmək və ölkəmi layiqincə təmsil etmək istəyirəm. Bunun üçün daha çox çalışacağam, öz üzərimdə daim işləyəcəyəm və qələbələrimi davam etdirməyə çalışacağam”.
Xatırladaq ki, Kərimli Günel Nicat qızı 2011-ci ildə Beyləqan rayonunda doğulub. Hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. Xırdalandakı 7 nömrəli tam orta məktəbin 8-ci sinif şahirdidir. O, 3 ildir ki, güləşlə məşğul olur. 3 qat Azərbaycan birincisidir. Həmçinin xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq yarışlarda qalib gələrək Vətənə medalla qayıdıb.


Gənc güləşçi Günel Kərimlinin qazandığı uğurlar təkcə onun deyil, ailəsinin də qürur mənbəyidir. Onun anası Şəfəq Şərifova da qızının uğurunu böyük sevinclə qarşılayıb və Günelin bu nəticəyə gəlişindəki əzmindən danışıb: “Günel bu nailiyyətə asanlıqla çatmayıb. Öz üzərində çox çalışır, hər məşqə canla-başla qatılır. Nə əldə edibsə, hamısı onun öz zəhmətinin, alın tərinin nəticəsidir. Valideyn olaraq biz onun bu əzmini görür və dəstəkləyirik. Günelin ən böyük üstünlüklərindən biri də odur ki, çətinliklərdən qorxmur, hər zaman irəli baxır”.
Şəfəq Şərifova, qızının uğur yolunda onu daim dəstəkləyən və istiqamətləndirən məşqçisi Elvin Aslanovun rolunu da xüsusi vurğulayıb: “Məşqçisi Elvin Aslanovun da əziyyəti danılmazdır. O, Günelin uğurlarına böyük əmək sərf edib, hər addımda yanında olub. İnanıram və arzulayıram ki, Elvin müəllim onunla yoluna sonadək davam etsin. Belə bir müəllimin yanında olması Günel üçün böyük şansdır.”
Bu sözlər, gənc idmançı Günel Kərimlinin qazandığı uğurların təkcə şəxsi zəhmətin deyil, həm də ailə dəstəyi və peşəkar rəhbərliyin vəhdətindən doğduğunu göstərir.

 

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər