
İdman
03.06.2025 / 19:16
ƏHD Partiyası dünya çempionlarını təbrik edib
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası minifutbol üzrə Azərbaycan millisinin üzvlərini təbrik edib. Təbrikdə deyilir: "ƏHD Partiyası minifutbol üzrə dünya çempionu olmuş komandamızın üzvlərini və bütün futbolsevərləri bu böyük qələbə münasibətilə təbrik edir, çempionatın yüksək səviyyədə təşkilində xidməti olan hər kəsə minnətdarlığını bildirir".