BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olmuşdu. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi.

Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı fəlakətlərdən qorudu. Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, böyük neft sazişləri imzalandı. Ölkəmizin bugünkü iqtisadi-siyasi, sosial-hüquqi, elmi-mədəni səviyyəsi Ulu Öndərin vaxtı ilə gördüyü işlərin əməli nəticəsidir. Onun rəhbərliyi ilə milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşdırılması xalqın rifahının yüksəldilməsinə xidmət edirdi.

Dahi Lider çox yaxşı bilirdi ki, mövcud sosial-iqtisadi sistemdən yeni sistemə keçid bir sıra problemləri üzə çıxarır. Ölkədə yaranmış xaotik vəziyyət iqtisadiyyatda da öz mənfi təsirlərini göstərmişdi. Lakin o, bütün məsələləri həll etmək üçün gərgin işləyir, vətəndaşlara yaranmış yeni reallıqları və çıxış yollarını səbrlə, təmkinlə izah edir, eyni zamanda, stimul yaradırdı. 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı bu məsələlərə toxunan Ulu Öndər deyirdi ki, “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”

Ümummilli Lider Heydər Əliyev özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində mühüm dövlət tədbirləri həyata keçirmişdi. 1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda həyata keçirilən özəlləşdirilmə, torpaq islahatları kimi geniş miqyaslı islahatlar nəticəsində mənzil fondu və torpaq sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilmişdi. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana cəlb olunması və onlara imkanların yaradılmasına xüsusi diqqət verən Ulu Öndər bu məsələni əsas vəzifələrdən biri olaraq vurğulayırdı. 1998-ci ildə “Kürdaşı” dəniz blokunun və “Cənub-Qərbi Qobustan”, “Kürsəngi-Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında ARDNŞ ilə xarici neft şirkətləri arasında müqavilələrin imzalanması mərasimində öz çıxışında bu amili önə çəkərək bildirirdi ki, “Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır.”

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu tezisi reallaşdırmışdı. Və tarix də sübut edir ki, Ümummilli Lider nə qədər haqlı idi. Sovet dövründə iqtisadi cəhətdən geri qalan bir ölkəni, qısa zamanda qabaqcıl respublikaya çevirdi. Ağır və yüngül sənayenin, kənd təsərrüfatının, neft-kimya sənayesinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, açılan zavod və fabriklər buna əyani misaldır. Eləcə də müstəqillik zamanında iqtisadi böhran yaşayan Azərbaycan, məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində dirçəlməyə başladı. Bütün bu proseslərdə hər zaman qadınların özünəməxsus iştirakı olub. Onların fəaliyyətini yüksək qiymətləndirən Heydər Əliyev qadınlarımızın iqtisadiyyatının müxtəlif sahələrində daha irəli getməsi, uğurlar qazanması üçün bütün imkanları yaradırdı.

Bir çox tanınmış alimlər, tədqiqatçılar qeyd edirlər ki, “Müasir dövrdə qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil”. Ancaq Ulu Öndər hələ keçən əsrin 70-ci illərindən başlayaraq, qadınların aktiv iştirakı üçün şərait yaradır, onları motivasiya edirdi. O, hər zaman deyirdi ki, qadınların iqtisadiyyatda rolunun artırılması çox vacibdir. Əlbəttə ki, bunun üçün qanunvericilik bazası yaradılmalı idi. Qeyd etmək lazımdır ki, bu sahədə çox mühüm qanunlar qəbul olunmuş, beynəlxalq konvensiyalar qəbul edilmişdir. Bəzən sual olunur, qadınların işgüzar və intellektual potensialından istifadə etməyin hansı nəticələri ola bilər? Cavab çox sadədir: əhalinin məşğulluq səviyyəsi artacaq, sahibkarlıq fəaliyyəti inkişaf edəcək, əhalinin rifah halı yaxşılaşacaq, orta təbəqə daha da güclənəcək. Eyni zamanda, qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalması faizi daha çoxdur. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər.

Ölkə başçısı İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu əsas vəzifə və tövsiyələrə əsaslanaraq görülən işlərin nəticəsində qadın sahibkarların sayı ildən-ilə artır. Xüsusilə də, regionları da əhatə edən layihələr nəticəsində qadın məşğulluğu yüksəlməkdədir. Bu isə öz növbəsində qadınların iqtisadi həyatda iştirakçılığının təmin olunması və eyni zamanda, əlavə yeni iş yerlərinin yaranmasına səbəb olur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşamaqdadır. Ümummilli Liderin layiqli varisi, dövlətimizin başçısı İlham Əliyev bu məsələlərdə yeni və müasir yanaşma yolları arayaraq Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətini uğurla həyata keçirir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova

 

Son xəbərlər

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Bütün xəbərlər