BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir”

 Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyada ən aktual məsələlərdəndir. Dünyada baş verən təbii fəlakətlər- daşqınlar, dünya oekanının səviyyəsinin yüksəlməsi, qasırğalar, yaxud da quraqlıqla bağlı iqlim dəyişiklikləri planetimiz, burada yaşayan canlılar, eləcə də insanlar üçün ciddi təhlükədir. Elmi cəhətdən təsdiq edilib ki, belə getsə, ekoloji fəlakət qaçılmaz olacaq. Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (Conference of the Parties-COP29) qeyd olunan problemlərlə bağlı dünya və ölkə ictimaiyyətinin məlumatlılığını artırmaq, bu sahədə görülən işlərə və mövzuya aid müzakirələrə şərait yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində bu haqda ətraflı danışıb: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Müasir iqlim dəyişmələrinə və problemlərin həllinə Azərbaycan da öz töhfəsini verməyə çalışır. Bu mövzuda indiyə kimi Azərbaycanda bir sıra tədbir və layihələr həyata keçirlib. Lakin COP29 artıq bu istiqamətdə keçirilən tədbirlərin həm miqyasına, həm də iştirakçıların sayına görə  Zrvə Toplantısıdır.

Cənab Prezident müsahibədə iqlim dəyişmələri ilə bağlı təhdid yaradan amillərdən də danışaraq deyib: “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”. Azərbaycan da iqlim dəyişikliyinin bilavasitə təsiri altındadır. Ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqın, quraqlıq kimi təbii fələkətlər, həmçinin onların nəticəsi kimi içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər. İqlim dəyişikliyi nəticəsində meşələrə, kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər. Artıq iqlim dəyişikliyinin mənfi təsirləri özünü göstərməyə başlayıb. Belə ki, qiymətli ağacların sayının sürətlə azalması müşahidə edilir. Digər tərəfdən, qlobal iqlim dəyişikliyinin nəticəsi kimi yaxın illərdə Xəzər dənizinin səviyyəsinin daha bir metr qalxacağı proqnozlaşdırılır. Bu isə dəniz səviyyəsinə yaxın ərazilərin su altında qalması ilə nəticələnə bilər.

 İqlim dəyişmələrinin meydana gəlməsinə səbəb olan amillərdən biri də vaxt keçdikcə sənaye və nəqliyyatda yanacaqdan daha çox istifadə edilməsidir. Belə ki, hər il atmosferə 20 milyard tondan çox müxtəlif hissəciklər daxil olur ki, bu da atmosferin temperatur rejiminə, hava şəraitinə təsir edir. Son 100 ildə Yerin orta temperaturunun artması nəticəsində “istixana effekti” meydana gəlib. Bir çox ərazilərdə səhraların sahəsi genişlənməkdə davam edir. “Turşulu yağışlar”ın yağması isə adi hal alıb. Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözəçarpacaq dərəcədə təsir etdiyi fikrindədirlər. Bu problemlərin qarşısının alınması istiqamətində danışan dövlətimizin başçısı artıq mühüm yolu qət etməyə başlanıldığını vurğulayıb. “Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, - deyə cənab Prezident əlavə edib.

Yeri gəlmişkən, BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilən saysız hesabatlar hazırlanıb. Bu hesabatlar diqqət etdikdə qlobal ilqim dəyişliklrinin ildən ilə daha da ağır fəsadlar verdiyini görmək mümkündür. Məsələn, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin hesablamalarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2- 2,5, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə bəşəriyyət üçün böyük təbii fəlakətlər, quraqlıq, sel və daşqınlar deməkdir. BMT-nin iqlim dəyişiklikləri və su mövzusunda hazırladığı digər bir hesabata görə isə, 2050-ci ilə qədər dünyada 2 milyard insanın susuz qalacağı, 200 milyon insanın isə evini tərk etmək məcburiyyətində qalacağı ehtimal olunur. Cənab Prezident müsahibədə deyib ki, görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir: “Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib”.

İqlim dəyişməsinin qarşısını almaq üçün ən effektli vasitələrdən biri alternativ enerji mənbələrinin istifadəni gücləndirməkdir. Belə olacağı təqdirdə atmosfer havasının temperaturunun artmasının qarşısını xeyli dərəcədə azaltmaq olar.

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

“Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır”

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu...

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər