BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər gəldikdən sonra respublikanın sosial-iqtisadi həyatının əsas sahələrindən olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirmiş, bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Ulu öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə yeni elektrik stansiyalarının, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə – 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan “Araz” Su Elektrik Stansiyası inşa edilmiş, 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzinin gücü 220 MVt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verilmiş, 1982-ci ildə isə gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının – “Azərbaycan İES”-in təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması, tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Stansiyanın birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Azərbaycan 1969-cu ildə elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə həm də elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.

Dövlətimiz ölkənin enerji təhlükəsizliyinin təminatı və enerji potensialının daha da gücləndirilməsi məqsədilə irimiqyaslı layihələrin reallaşdırılmasını davam etdirir. Bu baxımdan iyunun 24-də Mingəçevirdə yeni, “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi vacib və təqdirəlayiq hadisədir.

Stansiyanın açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında “8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanda ən böyük elektrik stansiyası olmasını xüsusi vurğuladı.

1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlətimizin başçısı Mingəçevir şəhərinin artıq 1970-ci illərdən başlayaraq Azərbaycanda energetika sektorunda mərkəzi rol oynadığını diqqətə çatdırdı. Qeyd olundu ki, 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir.

 Bu gün biz dünyada müşahidə olunan, demək olar, bütün silahlı münaqişə zonalarında energetika obyektlərinin, ilk növbədə, hücuma məruz qalan hədəflər sırasında olduğunu görürük. Əlbəttə ki, bunda məqsəd qarşı tərəfin enerji potensialını sarsıtmaq, onu iflic vəziyyətə salmaqdır. Öz çıxışında cənab Prezident bu məsələyə toxunaraq bildirdi ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün Avropa məkanında enerji xətlərinin təhlükə altında olmasının çox böyük fəsadlara gətirib çıxarması da bunu təsdiq edir. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı tamamilə haqlı olaraq özünün enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında duran Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki hazırda Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir və onlardan 10-u Avropa ölkəsidir. Məlum olduğu kimi, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Bir çox ölkələr Azərbaycan qazından istifadə etməklə özünün enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edir. Lakin yaxın gələcəkdə Azərbaycan artıq həm də yaşıl enerji ixrac edəcəkdir.

Beləliklə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.

 

Əbilfəz MAHMUDOV

Energetik

 

Son xəbərlər

Ağdam: Tarixi İrsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Fəxri oxucunun şəhidlərə həsr olunmuş kitabı kitabxanalara hədiyyə olundu

Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin yeni səviyyəsi

Qubanın Afurca məktəbi şəhid məzununu anıb, diaspor nümayəndəsi ilə görüş keçirib

Vandalizmdən dirçəlişə doğru

Zengezur Özgürlük Harekatı’ndan kutlama mesajı yayınladı

“İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin idarəçiliyində yeni mərhələ

Belarusda dinamik inkişaf edən “Azerbeltrade” şirkəti 10 illik yubileyini qeyd edir

“Ana qanunumuzun işığında” adlı tədbir keçirilib

“Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” -QHT sədri

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

Qarabağ Zəfərinin zirvəsi

Bütün xəbərlər