BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

                                                          Azərbaycan Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyev

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 8 Noyabr tarixi — Zəfər Günü kimi — eyni zamanda Şuşa şəhərinin azad olunduğu və milli qürurumuzun bərpa olunduğu gündür. 2023-cü ildə Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla 8 noyabr “Şuşa şəhəri günü” kimi də qeyd olunmağa başlanmışdır. Bu qərar təkcə tarixi qələbənin rəmzi deyil, həm də Azərbaycan xalqının mədəni kimliyinin, mənəvi dirçəlişinin və dövlət müstəqilliyinin təntənəsidir.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” — bu sözlər Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə söylədiyi və hər bir azərbaycanlının qəlbində qürur hissi oyadan tarixi bəyanat kimi yadda qalıb. Şuşanın azad edilməsi ilə Azərbaycanın suverenliyi tam bərpa olunmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda 30 il davam edən mübarizə öz müdrik və ədalətli sonluğunu tapmışdır.

Qarabağ Zəfərinin ən uca nöqtəsi 2020-ci il noyabrın 8-də baş vermiş Şuşa əməliyyatı oldu. Azərbaycanın qəhrəman əsgərləri və zabitləri sıldırım qayalardan, meşələrdən keçərək Şuşa şəhərinə daxil oldu və onu düşməndən azad etdilər. Bu əməliyyat həm hərbi strategiyanın, həm də xalqın birliyinin təntənəsi idi.

Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Şuşasız bizim işimiz yarımçıq qalardı”. Bu, yalnız strateji hədəf deyil, həm də mənəvi borc idi — Ulu Öndər Heydər Əliyevin arzusu və vəsiyyəti idi. Prezident cənab İlham Əliyev atasının başladığı işi uğurla başa çatdıraraq Azərbaycan tarixində əbədi olaraq Müzəffər Ali Baş Komandan kimi öz yerini aldı. Şuşanın azadlığı ilə ədalət bərqərar oldu, Azərbaycanın əzəli torpaqları üzərində dövlət suverenliyi tam təmin edildi. Bu zəfərin nəticəsində Ermənistanın işğalçı siyasətinə son qoyuldu və beynəlxalq hüququn prinsipləri bərpa edildi.

İşğaldan azad edildiyi gündən etibarən Şuşada bərpa-quruculuq işləri misilsiz miqyasda həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərin infrastrukturunun yenidən qurulması, tarixi abidələrin bərpası və müasir sosial obyektlərin tikintisi böyük vüsət alıb. Bu illər ərzində Şuşada yollar, körpülər, məktəblər, xəstəxanalar, mehmanxanalar, mədəniyyət və turizm obyektləri inşa olunmuşdur. Xüsusilə, “Zəfər Yolu” — igid əsgərlərimizin Şuşaya çatdığı tarixi cığırın yerində salınmış avtomobil yolu — həm zəfərin, həm də bərpa prosesinin simvoluna çevrilmişdir.

Prezidentin 2024-cü il oktyabrın 21-də təsdiqlədiyi “Şuşa şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin gələcək inkişafını sistemli şəkildə təmin edəcək sənəddir. Bu plan tarixi simanın qorunması ilə müasir şəhərsalma prinsiplərinin və ekoloji balansın vəhdətini əks etdirir. Şuşa şəhəri əsrlər boyu Azərbaycanın mədəniyyət beşiyi kimi tanınıb. Burada Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilər yetişmiş, Şərqin musiqi və ədəbiyyat tarixində unikal iz buraxmışlar. 2021-ci ildə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, elə həmin ilin mayında qəbul edilən qanunla bu status hüquqi təsbitini tapmışdır. Bu mühüm qərar Şuşanın həm milli, həm də beynəlxalq miqyasda tanıdılmasına böyük təkan verdi. Ardınca 2022-ci ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 2026-cı ildə isə şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı olacaq. Bu titullar Şuşanın artıq regional deyil, qlobal mədəniyyət mərkəzinə çevrildiyini təsdiqləyir.

Şuşa həm də Azərbaycanın diplomatik və siyasi həmrəyliyinin rəmzidir. 2021-ci il iyunun 15-də burada Azərbaycan və Türkiyə prezidentləri arasında “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəltmiş, regionda sülh və sabitliyin əsas təminatına çevrilmişdir. Sonrakı illərdə Şuşa beynəlxalq tədbirlərin, konfransların və zirvə görüşlərinin mərkəzinə çevrildi. Burada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, İSESCO-nun, TÜRKSOY-un və digər nüfuzlu qurumların tədbirləri keçirildi. Şuşa artıq diplomatik dialoqun və mədəniyyətin qovuşduğu bir məkandır.

Şuşanın azad edilməsindən sonra şəhərin bərpası istiqamətində aparılan işlər həm dövlət, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə geniş vüsət almışdır. Molla Pənah Vaqifin muzey-məqbərəsi, Natəvanın sarayı, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı və Mamayı məscidləri, Mehmandarovların malikanəsi kimi abidələr bərpa edilərək əvvəlki əzəmətinə qovuşdurulmuşdur.

Hər bir açılış mərasimində Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak etmiş, bu işlərin həm dövlət, həm də milli mənəviyyat baxımından əhəmiyyətini vurğulamışdır.

Bu gün Şuşada keçirilən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri, Qlobal Media Forumu kimi tədbirlər şəhərin mədəni dirçəlişinin real göstəricisidir.

Şuşa bu gün Azərbaycanın yeni inkişaf fəlsəfəsinin təcəssümüdür. Şəhər artıq təkcə Qarabağın deyil, bütün türk və islam dünyasının mənəvi paytaxtına çevrilib. Burada həyata keçirilən layihələr dövlətimizin gücünü, xalqın iradəsini və birliyini nümayiş etdirir.

Prezident cənab İlham Əliyevin sözləri ilə desək: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq!”

8 Noyabr – Şuşa şəhəri günü yalnız bir tarix deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, döyüş əzminin, mədəni irsinin və yenilməz ruhunun simvoludur.

Şuşa həm tarixin yaddaşı, həm də gələcəyin bələdçisidir. Burada atılan hər addım, salınan hər bina, ucaldılan hər abidə Azərbaycan xalqının azadlıq, suverenlik və müstəqillik ideallarının canlı təzahürüdür.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa bu gün Azərbaycanın qürur qalası, türk birliyinin simvolu və mədəniyyətin parlayan incisi kimi yenidən doğulur.

Mehdi MEHDİYEV, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər