BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2025-ci il avqust ayının 2-dən etibarən Azərbaycan qazının Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya nəqli ölkəmizin enerji siyasətində və regional strateji prioritetlərində yeni bir səhifə açmışdır. Bu tarixi hadisə təkcə iqtisadi  baxımdan deyil, eyni zamanda Azərbaycanın regiondan kənarda artan nüfuzunun və dayanıqlı xarici siyasət kursunun parlaq təzahürüdür.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən enerji siyasəti bu gün regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin əsas dayaqlarından biri kimi qəbul edilir. Məhz bu strategiyanın məntiqi davamı olaraq, Azərbaycan qazının Suriyaya ixracı regional enerji inteqrasiyasının coğrafi miqyasını daha da genişləndirir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının enerji sektoru ölkə iqtisadiyyatının aparıcı sütunlarından biri olmaqla yanaşı, milli təhlükəsizlik strategiyamızın mühüm tərkib hissəsini təşkil edir. Suriyaya qaz ixracı Azərbaycanın ixrac portfelinin coğrafi və iqtisadi diversifikasiyasına xidmət etməklə, SOCAR-ın beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Bu, eyni zamanda post-müharibə dövrünü yaşayan və enerji infrastrukturunu bərpa etmək ehtiyacında olan Suriyaya dəstəyin real təzahürüdür.Azərbaycan qazının Suriyaya nəqli yalnız iki dövlət arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda bu layihə ciddi humanitar dəyər daşıyır. Belə ki, Azərbaycan qazı ilə təmin olunacaq Hələbdə yerləşən istilik elektrik stansiyasında təqribən 1200 meqavat gücündə elektrik enerjisi istehsal ediləcəkdir. Bu göstərici təxminən 5 milyon suriyalı ailənin enerji təminatının sabitləşməsinə və həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xidmət edəcək.

Suriyaya qaz ixracından əvvəl Suriya Keçid Dövrü Hökumətinin prezidenti Əhməd əl-Şaranın ölkəmizə səfəri, aparılan yüksək səviyyəli görüşlər və imzalanan niyyət sənədləri bu əməkdaşlığın dərinləşməsi üçün siyasi iradənin mövcudluğunu nümayiş etdirdi. Bu həm də,Əsəd rejimi dövründə ermənipərəst siyasət yürütdüyünə görə uzun  illər tarixi minimuma enmiş Azərbaycan-Suriya münasibətlərinin inkişafında yeni səhifənin başlanğıcıdır. Səfər çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin daha institusional çərçivəyə salınmasının ilkin zəminini formalaşdırdı.

Bu səfər həm də Azərbaycan Respublikasının beynəlxalq arenada fəal və prinsipial mövqe nümayiş etdirməsi baxımından xüsusi qeyd edilməlidir. Bakı yalnız neft-qaz ixracatçısı deyil, həm də beynəlxalq dialoqun, regional əməkdaşlığın və dayanıqlı inkişafa yönəlmiş strategiyaların təşəbbüskarıdır.

Bununla yanaşı, Türkiyənin tranzit ölkə kimi bu prosesdə iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir praktik təcəssümüdür. Kilis marşrutu ilə həyata keçirilən nəql Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin tranzit ölkə kimi rolunu daha da gücləndirir.

Azərbaycanın Yaxın Şərq regionuna enerji ixrac etməsi ölkəmizin yalnız iqtisadi deyil, həm də geosiyasi çəkisinin və təsir imkanlarının artmasından xəbər verir. Suriya kimi mürəkkəb geosiyasi situasiyada yerləşən bir ölkə ilə əməkdaşlıq etmək Azərbaycanın balanslı, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətinin uğurudur.

Rəsmi  Bakı bu əməkdaşlıq vasitəsilə regionda sabitliyin təmin olunmasına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və humanitar-iqtisadi yenidənqurma proseslərinə töhfə verir. Beləliklə, Azərbaycan bir daha nümayiş etdirir ki, o, regionda təkcə enerji təchizatçısı deyil, eyni zamanda sabitliyin və əməkdaşlığın təşəbbüskarı və təminatçısıdır.

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması təkcə iqtisadi əhəmiyyət daşıyan bir enerji layihəsi deyil. Bu, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, müstəqil və milli maraqlara əsaslanan siyasətinin, həmçinin regional təhlükəsizlik və sabitliyə verdiyi töhfənin növbəti parlaq təzahürüdür. Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər