BAKU Azərbaycan
30.6 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Belarus Respublikasında fəaliyyət göstərən və qısa müddətdə böyük inkişaf yolu keçən “Azerbeltrade” MMC bu gün özünün 10 illik fəaliyyət yubileyini qeyd edir. Şirkət ölkənin idxal distribyutorluq bazarında tanınmış adlardan birinə çevrilib.

Belarusda dinamik inkişaf edən “Azerbeltrade” şirkəti 10 illik yubileyini qeyd edir
Artıq 10 ildir ki, şirkət alıcılara geniş çeşiddə eksklüziv məhsullar təklif edir və hər kəsə dünyanın müxtəlif ölkələrindən “Dadlar Dünyası”na səyahət etmək imkanı yaradır. Hazırda 10 yaşını qeyd edən “Azerbeltrade” MMC-nin rəhbəri Elman Mahmudov deyib ki, şirkətin portfelində bir çox istehsalçı mövcuddur və onların bəziləri böyük Holdinq tərkibində birləşir: “Azerbeltrade” bu gün “Saville”, “Aladdin”, “Bizim Tarla”, “Azərçay” kimi tanınmış brendlərin rəsmi və eksklüziv distribyutorlarıdır. Müştərilərin artan tələbatı və bir çox şirkətlərlə uğurlu əməkdaşlıq bizə təqdim etdiyimiz məhsul çeşidini daim genişləndirməyə imkan verir.
Şirkətin işində əsas prinsiplər — müştəriyönümlülük, bazara uyğun çeviklik, maraqlı və eksklüziv assortimentin qorunmasıdır. Biz hər bir müştərimizi dəyərləndiririk”.

Elman Mahmudov 10 illik yubileylə bağlı fikirlərini də bildirib: “Bu gün “Azerbeltrade” MMC-nin 10 illik yubileyini qeyd etmək bizim üçün sadəcə tarix deyil, böyük bir inkişaf yolunun, zəhmətin və komanda ruhunun nəticəsidir. Bu illər ərzində biz Belarus bazarında özümüzə etibarlı tərəfdaş imici formalaşdırdıq, tanınmış beynəlxalq brendləri ölkəyə gətirərək istehlakçılara keyfiyyətli və seçilmiş məhsullar təqdim etdik.
Bizim üçün əsas dəyər hər zaman müştərilərimiz və əməkdaşlarımız olub. Onların etimadı və dəstəyi sayəsində bugün daha böyük hədəflərə doğru inamla addımlayırıq. “Azerbeltrade” komandası bazarın tələblərinə uyğunlaşmağı, yeniliklərə açıq olmağı və ən əsası – təqdim etdiyi keyfiyyəti daim yüksək səviyyədə saxlamağı özünə prinsip seçib.
Bu yubiley münasibətilə bütün tərəfdaşlarımıza, istehlakçılarımıza və komanda üzvlərimizə təşəkkür edirəm. Qarşıdakı illərdə məhsul çeşidimizi daha da genişləndirməyi, yeni brendləri Belarus bazarına gətirməyi və fəaliyyətimizi daha böyük miqyasda inkişaf etdirməyi planlaşdırırıq. Əminəm ki, növbəti illər də bu gün olduğu kimi uğurlarla yadda qalacaq”.
“Azerbeltrade” kollektivi yubiley münasibətilə onlara etimad göstərən bütün tərəfdaşlara və müştərilərə təşəkkür edir və gələcək illərdə də yeniliklər təqdim edəcəyini bəyan edir.




Fuad

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər