
Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu
Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət vasitəsilə davamlı Sülh yaradaq!” Beynəlxalq Forumu adlı layihə çərçivəsində növbəti fəaliyyətlər təşkil olundu.
Mustaqil.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində təşkil olunan panel müzakirələrində 10 xarici ölkəni təmsil edən QHT rəhbərləri, gənc liderlər və eləcədə ölkəmizin gənc fəalları, ekspert və vətəndaş cəmiyyəti təmsilçiləri təqdimat, çıxış, məruzə və müzakirələrlə aktiv şəkildə fikir, informasiya və təcrübə mübadiləsi apardılar.
“Mədəniyyət naminə sülh: gənclərin fəal iştirakçılığı”, “Multikulturalizm və tolerantlıq sülh və birgəyaşayışın alətləri kimi”, “Mədəni diplomatiya və sülh aktorluğu” və “Sülh mədəniyyətinin inkişafında gənclərin davamlı əməkdaşlığı” mövzularında keçirilən panel müzakirələrində Finlandiya təmsilçisi Laura Maria Rajalanın, Polşa nümayəndəsi Marek Tomasz Grelanın, Türkiyəli QHT rəhbəri Erdem Gülerin, Moldovadan olan gənclər təşkilatı sədri Nikolay Russunun, Ukraynalı gənc lider Anastasia Seredanın, Çexiya QHT lideri Leona Kolmanovanın, Serbiyadan olan mədəniyyət eksperti Milovan Mirkovun, tədqiqatçı, Milli Elmlər Akademiyasının dissertantı Ayna Əlixanovanın və ADTGT İctimai Birliyinin funksionerləri Kamil Həşimov, Ləman Bakuvi, Əlövsət Əhmədzadə, Nərmin Allahverdiyeva və Safiye Kazımovanın geniş və əhatəli təqdimat və məruzələri iştirakçıların geniş diqqət və marağına səbəb oldu.
Həm xarici, həmdə milli gənc fəallar belə mövzularda müzakirə, təlim, seminar, forum və tədbirlərin davamlı olmasını və şəbəkələşmə vasitəsilə gənclərin bilik , bacarıq və təcrübələrinin artırılmasının zəruri olduğunu vurğuladılar.
4 gün davam edəcək Beynəlxalq Forumun yekununda iştirakçılar adından Bəyannamənin qəbulu və Azərbaycanın qlobal təşəbbüsü olan “Bakı Prosesi”nə qoşulmaqla bağlı xarici və yerli QHT-lər tərəfindən çağırışın ediləcəyi gözlənilir.





















