BAKU Azərbaycan
25.98 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ötən gün Bakıda “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq siyasətinin təbliği məqsədilə “Mədəniyyət vasitəsilə davamlı Sülh yaradaq!” adlı Beynəlxalq Forumun rəsmi plenar açılışı öz işinə başladı.

Mustaqil.az xəbər verir ki, 10 ölkəni təmsil edən QHT rəhbərlərinin, gənc liderlərin, hökumət, beynəlxalq təşkilat təmsilçiləri, ekspert və media nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbiri giriş sözü ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli açdı və o, tədbirin məqsədi, məramı və müxtəlif zəngin fəaliyyətli proqramı haqqında danışdı.

Sonra Mədəniyyət Nazirliyinin məsul şəxsi Seymur Hüseynov öz təbrik sözlərini çatdıraraq, Forumun işinə uğurlar arzuladı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qlobal çağırışa çevrilən “Bakı Prosesi” haqqında Forum iştirakçılarını geniş məlumatlandırdı.

Forum iştirakçıları Türkiyə, Serbiya, Finlandiya, Polşa, Moldova,Ukrayna və Çexiyadan olan QHT təmsilçilərinin qısa təbriklərini və ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalar arası dialoqa verdiyi qlobal töhfələrin geniş təbliğinin əhəmiyyətini vurğuladılar.

Yerli QHT rəhbərlərinin də qısa təbriklərindən sonra proqrama uyğun “Bakı Prosesi” və ölkəmizin multikultural və mədəniyyətlərarası siyasətinə həsr olunan  qısa videoçarx nümayiş etdirildi.  Qısa çay fasiləsində sonra Forum öz işini panel müzakirələri ilə davam etdirdi.

“Mədəniyyətlərarası və sivilizasiyalar arası dialoq: Azərbaycan Modeli və beynəlxalq təcrübə” adlı I panel müzakirəsində ilk olaraq Azərbaycan təmsilçisi, Avropanın gənc sülh səfiri Ləman Bakuvi mövzu üzrə təqdimatla çıxış etdi. Sonra təqdimat ətrafında xarici və yerli iştirakçılar tərəfindən  müzakirə və fikir mübadiləsi aparıldı.

4 gün davam edəcək Forum müxtəlif məkanlarda sülh mədəniyyəti, mədəni diplomatiya, sülh aktorluğu və mədəniyyətlərarası dialoq mövzularında panel müzakirələri və interaktiv sessiyalar təşkil edəcək və yekunda Forumun Bəyannaməsinin qəbulu da nəzərdə tutulur.  

Layihənin əsas məqsədi qarşılıqlı təcrübə və informasiya mübadiləsi,beynəlxalq mədəni əməkdaşlıq, şəbəkələşmə və gənclərin fəal iştirakçılığı fəaliyyətləri ilə Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində“Bakı Prosesi” qlobal təşəbbüsü çərçivəsində əcnəbi və milli  vətəndaş cəmiyyəti institutları arasında davamlı birgəyaşayış, multikulturalizm və sülh mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir.

 

Son xəbərlər

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Bütün xəbərlər