BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli ictimai xadim Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” (“Qara paltarlı qadın”) əsərinin özbək dilində nəşrinin təqdimatı keçirilib.

Diaspornews.az xəbər verir ki, bu nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gəlib.

Təqdimat mərasimində elm və ədəbiyyat xadimləri, mədəniyyət nümayəndələri, ictimaiyyət təmsilçiləri, jurnalistlər, tələbələr və Özbəkistanda yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Maqsud İbrahimbəyovun həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli videoçarx nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında vurğulayıb ki, bu nəşr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, görkəmli yazıçı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması çərçivəsində həyata keçirilib. O bildirib ki, yazıçı Azərbaycan ədəbiyyatında xüsusi yer tutmaqla yanaşı, dramaturq, ssenarist və rejissor kimi də zəngin və çoxşaxəli yaradıcılığı ilə seçilib. Direktor vurğulayıb ki, “Qara paltarlı qadın” əsəri insanın daxili dünyasını və həyatın mürəkkəb tərəflərini dərin bədii ifadə ilə əks etdirən mühüm ədəbi nümunələrdən biridir. Onun sözlərinə görə, əsərin özbək dilində nəşri Azərbaycan ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına, eləcə də elmi-ədəbi əlaqələrin inkişafına xidmət edir.

Tədbirdə çıxış edən Daşkənd şəhər Şurasının deputatı, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şermuxammedova və Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professorErkin Nuriddinov əsərin ədəbi xüsusiyyətlərindən bəhs edərək onun insan psixologiyasını və həyatın dramatizmini dərin və təsirli bədii vasitələrlə təqdim etdiyini qeyd ediblər.

Digər çıxış edənlər – Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin professoruNiginahon Şermuxamedova, Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şairələr Gulbahor Saydiganiyeva və Dilarom Abrahmanqızı, eləcə də kitabın tərcüməçisi Şahlo Kosimova əsərin özbək dilinə tərcüməsinin əhəmiyyətini vurğulayaraq bu nəşrin Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Tədbirdə yazıçının həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək Maqsud İbrahimbəyovun yaradıcılığının əsas xüsusiyyətləri barədə danışıb. O qeyd edib ki, müəllif əsərlərində insan talelərini dərin psixoloji çalarlarla təsvir etməyi bacarırdı. Eyni zamanda tədbir zamanı iştirakçıların əsərlə bağlı ünvanladıqları sualları cavablandıraraq fikirlərini bölüşüb. 

Təqdimat çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən əsərin motivləri əsasında hazırlanmış səhnə kompozisiyası təqdim olunub, “Qarabağ Zəfəri” rəqs ansamblı isə Azərbaycan xalq rəqslərinin zənginliyini əks etdirən xoreoqrafik nömrələrlə çıxış edib. 

Tədbirin sonunda kitabın imzalanma mərasimi təşkil olunub.

image-9a05bf5e-faeb-458b-a7d9-bca30eaa1b85image-2b96ee7d-df23-417d-a8bf-50591755c478image-226fe51e-bd0a-4b33-ab16-40a8ea17f3abimage-0078ea1d-bcf3-4898-8332-a7f359d4e20cimage-4e652277-5234-4108-b488-d405f9355881image-b89c4321-e879-4ec3-9931-5079953851aeimage-223774f3-8d7e-4a45-acdb-9f1560b74abcimage-b9244534-4604-4d30-9fb6-544c25385070

Son xəbərlər

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

"Qadın dünyası" İctimai Birliyi növbəti layihəsini uğurla başa çatdırıb

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Bütün xəbərlər