BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Norveçin Stavern şəhərində artıq üçüncü il ardıcıl Nerdrum Muzeyinin ərazisində təşkil olunan növbəti “Earth & East” beynəlxalq festivalı baş tutub. Dördgünlük mədəniyyət forumunun konsepsiyasının ilham mənbəyi əsrlər boyu Asiya ilə Avropa arasında körpü rolunu oynayan və ticarətə, mədəni mübadiləyə, xalqların qarşılıqlı zənginləşməsinə şərait yaradan Böyük İpək Yolu irsi olub.

AZƏRTAC xəbər verir ki, Syöparken parkı, Nerdrum muzeyi, Tur Heyerdal İnstitutu, Vestfold muzeyi və CAN təşkilatı ilə əməkdaşlıqda təşkil olunan festivalda Azərbaycan, Monqolustan, Serbiya, Albaniya, Rumıniya, Moldova və Qazaxıstanın musiqisi, milli mətbəxi, xalq geyimləri, sənətkarlığı və ədəbiyyatı təqdim edilib.

Azərbaycan mədəniyyətinin təqdimatı zamanı proqramın aparıcısı qismində CAN təşkilatının sədri Şervin Nəcəfpur çıxış edib. O, qonaqları salamlayıb və Azərbaycan Respublikasının Norveç Krallığında səfirliyinin birinci katibi Rəşad Ağazadəni səhnəyə dəvət edib.

R. Ağazadə çıxışında qeyd edib ki, Norveç ilə Azərbaycan arasındakı dostluq görkəmli norveçli tədqiqatçı və alim Tur Heyerdalın irsində də öz əksini tapıb.

“O, Azərbaycana səfərləri zamanı regionumuzun qədim tarixinə dərin maraq göstərib. Heyerdal inanırdı ki, Qafqaz, xüsusən də Azərbaycan xalqların köçündə və qədim sivilizasiyaların inkişafında mühüm rol oynaya bilərdi. Onun bəzi nəzəriyyələri elmi müzakirə mövzusu olaraq qalsa da, mədəniyyətləri bölmək əvəzinə birləşdirmək istəyi şübhə doğurmur”, - deyə diplomat vurğulayıb.

Rəsmi hissədən sonra proqram Cənubi Azərbaycanəsilli müğənni Mari Sahbanın “A Billion Years Too Early” albomundan mahnılar ifa etməsi ilə davam edib. “Azeri Baby” mahnısı tamaşaçıların xüsusi marağına səbəb olub və onun çıxışının ən yaddaqalan məqamlarından birinə çevrilib.

Sonra soydaşımız, norveçli bəstəkar Qalib Həsən oğlu festivalın qonaqları qarşısında çıxış edib. Onun ifa etdiyi “Rafoss”, “Nostalji” və “La den brenne” əsərləri böyük marağa səbəb olub və tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Proqram Əməkdar artist Bəhram Bağırzadənin “Jirtdan in Oslo” kitabının ingilis dilində nəşrinin təqdimatı ilə başa çatıb. Soydaşımız 10 yaşlı Ayla Ağazadə kitabdan parçaları oxuyub, həmçinin bu nəşr haqqında təəssüratlarını və düşüncələrini bölüşüb.

Azərbaycan proqramına, həmçinin milli atributları, mədəni elementləri və qonaqları ölkənin tarixi və adət-ənənələri ilə tanış edən məlumatlandırıcı materialları nümayiş etdirən tematik stend də daxil idi. Ziyarətçilər Azərbaycan şərablarının dadına da baxıblar və bununla Azərbaycanın zəngin şərabçılıq ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

 

Son xəbərlər

Binəqədidə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın 13 Milli Qəhrəmanı Prezidentə müraciət edib

“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

“ZƏFƏR SALNAMƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı

Samir Vəliyev:“AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Bütün xəbərlər