BAKU Azərbaycan
27.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana dilini unutmuruq” layihəsi icra olunur. Mustaqil.az xəbər verir ki, layihə çərçivəsində mayın 16-da dünya azərbaycanlıları arasında “Ana dilini unutmuruq” adlı “Zoom” proqramı vasitəsilə onlayn görüş keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Niderland, Norveç, Avstriya, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Belarus, Türkiyə, Almaniya, Misir, Polşa, Avstraliya, Küveyt və digər ölkələrdən soydaşlarımız iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə layihənin əsas məqsədinin dünya azərbaycanlıları arasında ana dilinə marağın artırılması, Azərbaycan dilinin düzgün istifadəsinin təşviqi və milli-mədəni bağlılığın gücləndirilməsi olduğunu bildirib. O qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini öyrətməsi milli dəyərlərimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxışında ana dilinin xalqın milli kimliyini və mənəvi dəyərlərini yaşadan əsas amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində danışması və bu dili qoruması onların milli köklərə bağlı yetişməsində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Layihələrin idarəolunması, humanitar məsələlər və İKT şöbəsinin aparıcı məsləhətçisi Zeynəb Rəşidova çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Diaspor fəaliyyətində ana dilinin qorunmasının mühüm istiqamətlərdən biri olduğunu deyən Zeynəb Rəşidova qeyd edib ki, belə layihələr xaricdə yaşayan azərbaycanlılar arasında milli birliyin və dilə bağlılığın möhkəmləndirilməsinə xidmət edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən və xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulan “Milli Dilli” onlayn dərs layihəsini nümayş etdirib.
Azərbaycan dili fənni üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova isə çıxışında ana dilinin milli yaddaşın əsas daşıyıcısı olduğunu diqqətə çatdırıb. O, xaricdə yaşayan soydaşlarımızın övladlarının Azərbaycan dilini bilməsinin və milli-mədəni dəyərlərimizi mənimsəməsinin gələcəyimiz üçün vacibliyini qeyd edib.
Sonra müxtəlif ölkələrdən görüşə qatılan diaspor nümayəndələri çıxış edərək yaşadıqları ölkələrdə Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdikləri fəaliyyətlər barədə məlumat veriblər. Soydaşlarımız qeyd ediblər ki, xaricdə doğulub böyüyən uşaqların ana dilinə marağının artırılması üçün həftəsonu məktəblərinin, onlayn dərslərin və mədəni tədbirlərin təşkili mühüm əhəmiyyət daşıyır.
Çıxış edən diaspor üzvləri ailədə Azərbaycan dilində danışmağın vacibliyini xüsusi vurğulayıb, valideynlərin bu məsələdə məsuliyyətinin böyük olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, uşaqların milli kimliyini unutmaması üçün ana dili ilə yanaşı Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinin də təbliği vacibdir.
Soydaşlarımız müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri, həftəsonu məktəbləri və diaspor təşkilatlarının gördüyü işlərdən danışaraq belə layihələrin dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər. Eyni zamanda iştirakçılar ana dilinin öyrədilməsi üçün müasir rəqəmsal platformaların və interaktiv tədris vasitələrinin hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda iştirakçılar layihə təşkilatçılarına təşəkkür edərək gələcəkdə də ana dilinin qorunmasına xidmət edən birgə təşəbbüslərdə fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.

    

 

 

 

 

 

 

 

Son xəbərlər

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Al Maktoum Holding Group CEO Munir Ahmad and Tanzania’s Jackson Unpack East Africa’s Investment Future

YAP Səbail rayon təşkilatında “91-lər” və partiya veteranları ilə görüş keçirilib – FOTOLAR

Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

Şəkidə “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Bütün xəbərlər