BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutunun birgə əməkdaşlığı çərçivəsində gənc ifaçılar üçün “Azərbaycan muğamı və Özbək makomunun ortaq ifa üslublarının öyrədilməsi” mövzusunda ustad dərsi təşkil olunub.

Ustad dərsində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Qoçaq Əsgərov, Azərbaycan Respublikasının Xalq artisti, tarzən Malik Mansurov, Özbəkistan Respublikasının Əməkdar artisti, Özbək Milli Musiqi Sənəti institutunun “Makom çalğı ifaçılığı” kafedrasının müdiri, professor İlyas Ərəbov və kafedranın müəllimi Əzizə Davronova iştirak etmişlər.

Tədbir Azərbaycan muğamı və Özbək makom sənətinin tarixi-mədəni bağlılıqlarının, ortaq ifa ənənələrinin, melodik xüsusiyyətlərinin və interpretasiya prinsiplərinin gənc musiqiçilərə sistemli şəkildə aşılanmasına həsr edilib. Tədbir çərçivəsində repertuar seçimi, fərdi ifa üslubunun formalaşdırılması, musiqi təhsili prosesində qarşıya çıxan çətinliklər və gənc ifaçıların beynəlxalq səhnədə təqdimat bacarıqlarının inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Canlı ifa nümunələri vasitəsilə nəzəri biliklərin praktik tətbiqi nümayiş etdirilib və iştirakçılar arasında yaradıcı, peşəkar musiqi dialoqunun yaranmasına şərait yaradılıb.

Açılışda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, bu kimi elmi-mədəni layihələr Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin, strateji tərəfdaşlığın və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. O qeyd edib ki, muğam və makom kimi qədim musiqi sistemlərinin ortaq estetik, melodik və struktur xüsusiyyətlərinin öyrənilməsi hər iki xalqın musiqi irsinin müqayisəli tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutunun prorektoru Ənvər Norbekov çıxışında təşəbbüsün akademik mühitdə beynəlxalq mədəni dialoqun genişləndirilməsi, gənc ifaçıların peşə hazırlığının təkmilləşdirilməsi və ənənəvi musiqi məktəblərinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, ustad dərsi muğam və makomun lad sistemlərinin müqayisəli təhlilinə və müasir musiqişünaslıq kontekstində dəyərləndirilməsinə töhfə verir.

Sonda iştirakçılar bu cür birgə layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan və Özbəkistan arasında musiqi sənəti sahəsində akademik və praktik əməkdaşlığın daha da genişləndirilməsini zəruri hesab ediblər. Ustad dərsi gənc ifaçıların peşə hazırlığının yüksəldilməsinə, milli musiqi məktəblərinin elmi və praktik baxımdan qarşılıqlı inteqrasiyasına, eləcə də iki ölkə arasında mədəni-humanitar əlaqələrin sistemli inkişafına mühüm töhfə kimi qiymətləndirilib.

Son xəbərlər

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

Bütün xəbərlər