BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Almaniyanın Hamburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu” keçirilib.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusunda təşkil olunub.

Tədbirdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mühəndislər, memarlar, şəhərsalma üzrə azərbaycanlı və xarici mütəxəssislər, elm və biznes nümayəndələri iştirak edib. Forumun əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, eləcə də xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Açılış mərasimi Azərbaycan və Almaniyanın Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmli bu günə kimi keçirilən forumların nəticələri barədə məlumat verib, perspektivə dair fikirlərini səsləndirib. Almaniyanın Rur Universitetinin dosenti, professor Elxan Sadıqzadə Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin forumlarının əsas nəticələri haqqında qısa məruzə ilə çıxış edib.

“Xaricdə fəaliyyət göstərən və eyni sahəni təmsil edən mütəxəssislərin forumlarının təşkili artıq ənənəyə çevrilib.  Əldə olunan uğurlar göstərir ki, belə forumlar bilik və təcrübə mübadiləsi üçün unikal və daha dayanıqlı imkanlar yaradır”, - bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı bildirib.

Sədr, həmçinin komitənin strateji layihələri barədə geniş məlumat verib, dünya azərbaycanlılarının fəaliyyətinin daim Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında forumların yalnız müzakirə platforması deyil, həm də intellektual kəşflərin və yaradıcı ilhamın formalaşdığı dinamik bir mühit olduğunu qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Ruhlan Nəbiyev forumun uğurlu perspektiv vəd etdiyinə əminlik ifadə edib, azərbaycanlı və xarici mühəndislər arasında əməkdaşlığın dərinləşməsi üçün təkliflərini səsləndiriblər.

Avropanın 11 ölkəsindən, Almaniyanın 40-dan çox şəhərindən yüzlərlə mütəxəssisin qatıldığı forumda mühəndislik elminin inkişaf tarixini, eləcə də bundan əvvəlki forumların nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə geniş məlumat verilib. Mühəndislər rəqəmsal transformasiya, dayanıqlı şəhər inkişafı, süni intellektin şəhər idarəçiliyində tətbiqi, enerji səmərəliliyi, ağıllı nəqliyyat sistemləri və ekoloji həllər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətlərdə qısamüddətli və uzunmüddətli planları barədə fikirlərini səsləndiriblər.

Forumda Almaniyanın Ruhr Universitetinin dosenti, adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil olan Elxan Riçard Sadıq-Zadəyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən forum müxtəlif panel müzakirələri, təqdimatlar və şəbəkələşmə görüşləri ilə davam edib. Panel müzakirələri “Smart City və şəhərsalmada Avropa təcrübəsi”, “Gələcəyin şəhərləri, inşaat, rəqəmsallaşma və dayanıqlılıq” mövzularında olub.

Qonaqlar forumun keçirildiyi məkanda təşkil olunan Azərbaycandakı alman abidələrinin şəkillərindən ibarət sərgiyə  böyük maraq göstəriblər.

Forum çərçivəsində Almaniyanın Brandenburq Texnologiya Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında “Gələcək elmi araşdırmalar və tədqiqatlar sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Xatırladaq ki, 22 iyun 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Almaniyanın Berlin şəhərində baş tutan “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”, eləcə də 1 noyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Almaniyanın Köln şəhərində keçirilən “Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” bu layihənin davamlılığında və təməl prinsiplərinin müəyyən olunmasında əvəzsiz rol oynayıb.

 













Son xəbərlər

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Bütün xəbərlər