BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağı kimi beynəlxalq aləmdə tanınır. Güclü dövlət və qazandığımız uğurlar bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Zəfərimiz sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır.

Məumdur ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin bir çoxunun Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dövlət başçısının vurğuladığı kimi, Paşinyan öz xoşu ilə bunu imzalamadı və dəmir yumruğun hesabına imzaladı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılması bəyanatda əksini tapıb. Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

Beləliklə, Kəlbəcər işğaldan azad olur, yeni nəfəs, yeni həyat gəlir Kəlbəcərə.  Onu da qeyd edək ki, Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər, rayonun ərazisi isə 3054 kv. km. təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edildi və işğal zamanı 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində  işğalcı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə buna laqeyd yanaşdılar. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.

44 günlük Vətən müharibəsində Kəlbəcər azdlığına qovuşdu. Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

Bəs görəsən, bu rayonun daşıdığı adın mənşəyi nədən götürülüb. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir və ən qədim insan məskənlərindən biridir. Tarixi mənbələrə əsasən, bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir ki, bütün bunlarda bu ərazidə yaşayan insanların tarixi kökündən xəbər vermiş olur.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərdə  böyük quruculuq işləri davam etdirilir. Artıq doğma Vətənə, doğma şəhərlərə əzəli sakinlər qayıdırlar. Azərbaycan tarixi ədaləti bərpa edib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Kəlbəcər rayonunda məskunlaşma davam edir. 6 noyabr 2026-cı ilə qədər Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.

Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə edilir, infrastrukturun yenidən qurulur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi əhəmiyyət daşıyır. Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 89 faizi tamamlanıb. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olmuşdur. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri əlamətdar hadisələrlə yadda qalır. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcərdə hərbi hospitalının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı və digər onlarla yerlərin acılışi, eləcə də təməlqoyma mərasimləri Kəlbəcərin gələcək işıqlı həyatından xəbər verir.

Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır.

Artıq 27 illik həsrətdən sonra Kəlbəcərdə qaynar həyat başlayır. Bu gün işğaldan azad olunan ərazilərimiz kimi, Kəlbəcərdə də quruculuq-abadlıq işləri sürətlə davam etdirilir. Azad Kəlbəcər, Şəhər günün mübarək!

 

 

Asif Cümşüdov, Vətən müharibəsi iştirakçısı, “Tərəqqi” medalı təltifçisi

Son xəbərlər

Kəlbəcər - Böyük Zəfərimizin və milli qürurumuzun təntənəsi

Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

Bakı ilə Hanoy arasında möhkəmlənən siyasi əlaqələr

Dövlətçilik tariximizin yeni səhifəsi: Yeni Azərbaycan Partiyası

Tarixin sınağından Zəfərin zirvəsinə

Azərbaycan və Vyetnam: Ənənəvi dostluğun yeni geosiyasi üfüqləri

İsrail səfiri Beynəlxalq Qalereyanın qonağı olub

Binəqədidə YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrası yekunlaşıb

Ağdam – Zəfərin, dirçəlişin və Böyük Qayıdışın ünvanı

Ağdam bu gün Azərbaycanın siyasi qətiyyətinin və quruculuq əzminin təcəssümüdür

Regionun ən güclü siyasi partiyası

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 34-cü ildönümünü qeyd edib -FOTOLAR

"Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" - FOTOLAR

OBS Global Organised World Trade Expo and Trade Excellence Award in Dubai

Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı: siyasi dialoqdan qlobal əməkdaşlığa

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

Bütün xəbərlər