BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Dünya şöhrətli karateçi Rafael Ağayev ilk müəllimi olan Əməkdar məşqçi Rafael Məmmədovun övladının xeyir işində

admin

 

Azərbaycan idmanının inkişafında, xüsusilə də Sumqayıt şəhərində karate idman növünün formalaşmasında və geniş yayılmasında mühüm xidmətləri olan tanınmış idman mütəxəssislərindən biri Rafael Məmmədovun qız övladının xeyir işində dünya şöhrətli karateçi Rafael Ağayev də iştirak edib. Xatırladaq ki, Rafael Məmmədovun məşqçilik fəaliyyətində xüsusi yer tutan məqamlardan biri də dünya karate tarixində özünəməxsus mövqeyə malik olan, karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevin ilk məşqçisi olmasıdır. Rafael Ağayevin şəxsi məşqçisi isə Azərbaycan Karate Fedеrasiyasının vitse-prezidenti, Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi, polkovnik, Budokan Şərq Döyüş Növləri İdman Mərkəzinin Fəxri Prezidenti, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyə idman xadimi, 8-ci DAN qara kəmər ustası Füzuli Musayevdir.
Rafael Ağayev xeyir işdə çıxış edərək öz müəllimi və onun övladı haqda ürək sözlərini bildirib: “Hər kəsi salmlayıram. Gələn ayaqlarınız var olsun. Bilirsiniz ki, Rafael Məmmədov mənim ilk müəllimimdir və ömrümün sonuna kimi də belə olacaq. Bəy və gəlini təbrik edirəm və xoşbəxtlik arzulayıram. Allah uzun ömür, cansağlığı versin. Təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycanın Əməkdar məşqçi, idman ustası və 6-cı DAN qara kəmər sahibi olan Rafael Məmmədov uzun illər ərzində öz bilik və təcrübəsini gənc nəslin yetişdirilməsinə, idmanın təbliğinə və yüksək səviyyəli idmançıların hazırlanmasına həsr edib. Sevastopol şəhərində Beynəlxalq şərq döyüş növləri Akademiyasının, həmçinin Simferopol İdman Bədən Tərbiyə Universitetinin məzunu olan Rafael Məmmədov peşəkar fəaliyyəti boyunca karate idman növünün incəliklərini gənc idmançılara öyrətməklə yanaşı, onlarda iradə, əzmkarlıq, intizam, məsuliyyət və qələbə əzmi kimi mühüm keyfiyyətlərin formalaşmasına da xüsusi diqqət yetirib. Onun məşqçilik fəaliyyəti təkcə fiziki hazırlığın artırılmasına deyil, həm də sağlam həyat tərzinin təşviqinə, gənclərin zərərli vərdişlərdən uzaq tutulmasına və onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə xidmət edib.
Rafael Məmmədovun adı, xüsusilə, Sumqayıt karate məktəbinin inkişafı ilə sıx bağlıdır. O, illər ərzində yüzlərlə gəncin karate idmanına cəlb olunmasına, onların peşəkar idman yoluna qədəm qoymasına və müxtəlif səviyyəli yarışlarda uğur qazanmasına töhfə verib. Onun yetişdirdiyi idmançılar arasında fərqlənənlərin əldə etdiyi nailiyyətlər məşqçinin zəhmətinin, peşəkarlığının və öz işinə olan bağlılığının bariz göstəricisidir. Bu baxımdan, Rafael Məmmədovun fəaliyyəti yalnız fərdi idmançıların uğurları ilə məhdudlaşmır, bütövlükdə regionda karate idmanının inkişafına və idman ənənələrinin möhkəmlənməsinə mühüm təsir göstərir.

Son xəbərlər

Bir yurdun yaddaşı, bir xalqın qüruru – Kəlbəcər

Dünya şöhrətli karateçi Rafael Ağayev ilk müəllimi olan Əməkdar məşqçi Rafael Məmmədovun övladının xeyir işində

How OBS Global Is Banking on Brazil to Connect Emerging Market Entrepreneurs Across Four Continents

Kəlbəcər - Böyük Zəfərimizin və milli qürurumuzun təntənəsi

Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

Bakı ilə Hanoy arasında möhkəmlənən siyasi əlaqələr

Dövlətçilik tariximizin yeni səhifəsi: Yeni Azərbaycan Partiyası

Tarixin sınağından Zəfərin zirvəsinə

Azərbaycan və Vyetnam: Ənənəvi dostluğun yeni geosiyasi üfüqləri

İsrail səfiri Beynəlxalq Qalereyanın qonağı olub

Binəqədidə YAP-ın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrası yekunlaşıb

Ağdam – Zəfərin, dirçəlişin və Böyük Qayıdışın ünvanı

Ağdam bu gün Azərbaycanın siyasi qətiyyətinin və quruculuq əzminin təcəssümüdür

Regionun ən güclü siyasi partiyası

YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 34-cü ildönümünü qeyd edib -FOTOLAR

"Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" - FOTOLAR

OBS Global Organised World Trade Expo and Trade Excellence Award in Dubai

Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı: siyasi dialoqdan qlobal əməkdaşlığa

İqtisadi əlaqələr və investisiya perspektivləri

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib

Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

ABD VE İSRAİL’İ SAVUNAN ELLER NEREDE? TÜRKİYE-AZERBAYCAN KARDEŞLİĞİNE UZANAN ELLERİ DE GÖRELİM!

ŞEYX SƏLAHƏDDİN ÖZGÜNDÜZÜN LİDERLİYİ VƏ MƏNƏVİ DƏSTƏYİ İLƏ İSTANBULDA QARABAĞ ZƏFƏRİNƏ BÖYÜK EHTİRAM

Nihatın yardıma ehtiyacı var – Ana imkanlı şəxslərdən kömək istəyir

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası

Bütün xəbərlər