BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Hasanzadeh Events” qrupunun rəhbəri Şəfəq Həsənzadənin təşkilatçılığı ilə yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərovanın 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

Ş.Həsənzadə tədbiri açaraq xoş, səmimi sözlərlə yubilyarı təbrik etdi. Birliyin baş katibi Rauf Aslanov yubilyara gələcək yaradıcılığında uğurlar dilədi. Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə, Suraxanı rayon Ağasaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin “Bədii tərcümə, ədəbi əlaqələr mərkəzinin” sədri, publisist Əsəd Cahangir, yazıçı  Səidə İkiqai, şair, yazıçı Sevinc Ağa Xəlilqızı və b. çıxış etdilər. Hər bir çıxışçıZöhrə xanımla tanışlığını, onun kitablarının oxucusu olduğunu bildirdi. 

Tədbirdə Zöhrə Əsgərovanın uşaqlar üçün yazdığı kitablar təqdim olundu. “Hasanzadeh Events” qrupunun üzə çıxardığı, onlara dəstək olduğu istedadlı uşaqların iştirakı tədbiri daha da maraqlı etdi.

Tədbirdə Z.Əsgərovanın uşaqkitablarının oxucuları – məktəblilərləmaraqlı sorğu-sual, kitablar haqqında təəssüratlar səslənmişdir. Onların valideynləri ilə yanaşı müəllimlərdən Fəridə Acalova, Rəqsanə Yunusova, 45 №-li  uşaq bağçasının müəllimi Aynurə xanım iştirak etmişlər. Onlar tədbirin səmərəli  keçməsi üçün şagirdləri yazıçının kitabları ilə tanış etmiş və oxumuşlar. Tədbir olduqca maraqlı fikir mübadilələri ilə yadda qalmışdır. 

Tədbirdə peşakar vokalla məşğul olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdi Raul Həmidov “Sole-mio” ariyasını ifa etmişdir. Nağıllar və hekayələr tədbirdə öz ikinci həyatını yaşadılar. 

Tədbirin əsas qəhrəmanı yazıçı-publisit Zöhrə Əsgərova  bu görüşdən çox məmnun qaldığını bildirdi. Hər bir uşağın qəlbində yuva quran arzuların qanad açdığı bir görüşə bənzəyirdi. Yazıçının tədbir iştirakçılarına müraciəti: “Şəfəq xanıma dərin minnətdarlığımı bildirirəm. Bu günün özəllyi odur ki, uşaq kitablarımın oxucuları əziz uşaqlarla nağıllar, hekayələr dünyasına qovuşduq. Onların sualları, fikirləri yazıçı üçün çox vacibdir. Bu istedadlı uşaqların mənəvi yüksəlişində, təbliğində Şəfəq xanımın rolu böyükdür. Gələcək nəslin sağlam köklər üzərində tərbiyələnməsi istiqamətində Şəfəq  xanım böyük həvəslə, məhəbbətlə çalışır. Mən bunun canlı şahidiyəm. Mən uşaqlarla keçirdiyim bu gözəl, unudulmaz saatları ömrüm boyu şirin bir xatirə kimi heç vaxt unuda bilmərəm. Nə yaxşı ki, 75 illik yubileyimə bu möhtəşəm, maraqlı tədbir böyük sevinc rəngləri qatdı. Sanki bir ailə kimi tədbirə toplanmışıq. Bu  gözəlliyi, enerjini Şəfəq xanım  yarada bilmişdir. Görüşdə mən də uşaqlaşmış, onların saf,məhəbbət dolu dünyasına qovuşmuşdum. Bu tədbir nəinki kitab bayramı, öz Vətəninə, mədəniyyətinə, milli köklərinəbağlı insanların bir-biri ilə yaxın, səmimi ünsiyyətidir”.

Yubilyar-yazıçı tədbirdə iştirak edən uşaqlara öz avtoqrafı ilə “Burdan mələk ötüb...”, “Baba niyə küsdü?” kitablarını hədiyyə etdi və qeyd etdi ki, cənnət qoxuluuşaqlar bizi daha mərhəmətli, məhəbbətli olmağı öyrədir. Əslində dünyanın bütün uşaqları məhəbbət dilində danışır. Belə bir deyim var: “Dünyanı uşaqlara verə bilmiriksə, qəlbimizi verək”.

Tədbirin əsas məqsədi uşaqların kitablarla dostluğunu daha da möhkəmləndirmək, tərbiyəvi əhəmiyyətli nağıl və hekayələrin müsbət baş qəhrəmanlarından  örnək almağı bacarmağı onlara aşılamaq idi. Uşaq kitabları təkcə uşaqlara deyil, həmçinin onların ailə üzvləri üçün də nəzərdə tutulub. A.P.Çexovun fikridir: “İnsanı yaxşı tanımaq üçün onun uşaqlığını öyrənmək lazımdır”.

Tədbirdə uşaqlar çox fəallıq göstərdilər, yazıçının hekayələrini müzakirə etdilər, müəllifə çoxsaylı suallar verdilər.

 

 

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər