BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, 3 №-li kitabxana filialı və İ.Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, uşaq yazıçısı, professor Solmaz Amanovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Yubiley gecəsini giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı və yazıçı Solmaz Amanovanın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, Solmaz Amanova uşaqları çox sevir, çox sevdiyi üçün də onlar üçün gözəl əsərlər yaradır: nağıl, hekayə və şeirlər yazır. Solmaz xanımın kitabları çox gözəl və maraqlıdır. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən yazıçı əsərlərini Azərbaycan və rus dilində yazır. Onun yazdığı “İnsan iz qoyur”, “İrs” əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilib. Yazıçının “İrs” və “Anatomik teatr” kitabları 2009-cu ildə Moskvada keçirilən XXII “Kitab sənəti” sərgi-müsabiqəsində ikinci və üçüncü yerlərə layiq görülüb.

3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova çıxışında bildirdi ki, Solmaz Amanova “İRS” fənninin müəllifidir və bu fənn 160 saylı Klassik Gimnaziyada tədris edilir. Yazıçı uzun illərdir ki, Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilir. Onun şeirlərində Vətən sevgisi, ana məhəbbəti, həyatın fəlsəfəsi və insan taleyi geniş yer tutur.

225 №-li tam orta məktəbin direktor müavini, məktəbin nəzdindəki “Kiçik Akademiya”nın rəhbəri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalova yubilyarı təbrik edərək, ona yaradıcılıq uğurları arzuladı.

Yasamal rayon İcra hakimiyyətinin Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna Ağayeva yazıçını təbrik etdi və onun vətənpərvərlik əsərlərindən danışdı.

Yubilyar-yazıçı Solmaz Amanova çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Yaradıcılıq planları haqqında məlumat verərək bildirdi ki, yeni əsərləri ilə oxucuları sevindirəcək.

Tədbirdə iştirak edən məktəblilər yazıçı S.Amanovaya suallar verdilər. 225 №-li tam orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri əl işlərini yazıçıya hədiyyə etdilər. Yazıçı tədbirdə iştirak edən məktəblilərə kitablarını hədiyyə etdi.

Bədii hissəsində L. və M.Rostropoviçlər adına 21 №-li onbirillik Musiqi Məktəbinin 4-cü sinif şagirdi Raul Həmidov sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Yusifovanın fortepianoda müşayiəti ilə «Фиалки» və “Şən Azərbaycan” mahnılarını ifa etdi. 225 №-li tam orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri, 158 №-li tam orta məktəbin şagirdləri Sara Qurbanova, Gülnarə Zeynallı, Zeynəb Məmmədova kitabxananın fəal oxucuları, kitabsevərlər Fatimə Həsənova və Rabiyə Həsənova yazıçının şeirlərini söylədilər. İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblının solistləri Fərid Əzizli və Ceyran Abbaslı mahnılar ifa etdilər. “Mehriban” mahnı və rəqs kollektivi və 4 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Dan Ulduzu” rəqs qrupu rəqs nümunələri ilə çıxış etdilər.

Tədbir iştirakçıları yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar izlədilər, yazıçının kitablarından ibarət sərgi nümayiş olundu.

Yazıçı Solmaz Amanovaya Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim olundu.

Yubiley gecəsində şair və yazıçılar, ziyalılar, şagird və müəllimlər, mədəniyyət işçiləri, oxucular, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

 

 

 

Son xəbərlər

Uşaq yazıçısı Solmaz Amanovanın yubileyi qeyd olundu

Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib -FOTOLAR

Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib

Kitablar səltənətinin incisi: “Pərvanə” romanı

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı

Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək

Yazıçı-publisist Zöhrə Əsgərovanın 75 illik yubileyi qeyd olundu

Masallıda iki qardaşın qəhrəmanlıq dastanı: “Şəhid Qardaşları” ev muzeyinin açılışı olub

Lefke Avropa Universiteti AİEF 2026 sərgisində Bakı nümayəndəliyi ilə təmsil olundu

Avropa çempionu Nicat Hüseynovdan tarixiqələbə

Hava limanlarında sərhəd nəzarətinin rəqəmsallaşdırılması: təhlükəsizlik və sərnişin mobilliyi arasında balans

Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Azərbaycan nümayəndə heyəti Özəl Imperial Xəstəxanasını ziyarət ediblər

İzləyicilərə Xalq yazıçısının növbəti hekayəsi təqdim olundu

Beynəlxalq Mədəni İrs Ustad Məktəbindətematik qruplar üzrə ustad dərsləri davam edir

Polşada oxuyan tələbələrə Zərifə Əliyeva adına təqaüd veriləcək

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyədə səfərdədir

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olunub

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Aprel döyüşləri:Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür

1918-ci il mart soyqırımı

Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq

31 Mart – Tarixi faciə və milli kimlik

Maqadanda Novruz bayramı qeyd olunub

Gəncədə ilk dəfə Aida İmanquliyeva adına uşaq bağçası istifadəyə verilib

Bütün xəbərlər