BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.
Heydər ƏLİYEV


İnsan bəşər cəmiyyəti yaranandan kamilliyə, mükəmməlliyə və dünya sirlərini öyrənməyə cəhd göstərib, bu yolda müəyyən cığırlar açıb, seçimlər edib, özündən sonra gələn nəsillərə rəvan bir yol qoyub getməyə səy edib. Dünya sirlərini öyrənə-öyrənə hər bir xalqın özünün, onu digər xalqlardan fərqləndirən, mənəvi sərvəti – milli dəyərləri formalaşıb. Qədim tarixi köklərə malik, lakin sadə, müdrik həyat tərzi nəticəsində xalqımız qətrə-qətrə əldə etdiyi milli dəyərləri əsrlərin süzgəcində cilalayaraq, bənzərsiz özünəməxsus zənginliyə malik mənəvi irs olan milli dəyərlər yaradıb, bu irsi zaman-zaman böyüyən nəslin yaddaşına hopdurub, nəticədə bu milli-mənəvi dəyərlər xalqımızın mentalitetinə çevrilərək, müasir dövrə qədər gəlib çıxıb.
Hazırda Azərbaycanda yaranmış hüquqi, demokratik dövlət möhkəmlənib və inkişaf edir. Belə bir dövrdə gənc nəsli biliklər sistemi ilə silahlandırmaq, onlarda elmi dünyagörüşü formalaşdırmaq nə qədər vacibdirsə, cəmiy¬yətimizin özülünü möhkəmləndirmək məqsədilə əxlaqca saf, mənəviyyatca kamil, öz kökünə, milli adət- ənənələrinə sadiq, yetkin şəxsiyyətlər tərbiyə etmək bir o qədər mühüm məsələdir. Milli-mənəvi dəyərlər xalqın varlığı, onun mövcudluğu kimi dəyərləndirən Ümummilli Liderimiz deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Milli-mənəvi dəyərlərimizi toplamaq, qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin ən müqəddəs borcumuzdur. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın fəaliyyətində formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millətin mövcudluğu, yaşaması və gələcəyi onun tarixən formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, zənginləşdirməsindən asılıdır”.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birlıiyinin sədri Füzuli Kərimov deyib ki, Azərbaycan qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malikdir və gənclərin layiqli vətəndaş, hərtərəfli şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələri, mental dəyərləri xüsusi rola malikdir. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, eləcə də hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində daha ardıcıl və davamlı işlər aparılır: “Milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasına təsir göstərməklə bərabər dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm rol oynayır. Öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq. Milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan, son hadisələr Azərbaycan gəncliyinin həm də milli mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. Milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizə çərçivəsində önəmli amillərdən biridir. Son hadisələr bir daha göstərdi ki, bizim savaşacağımız yer də, şəhid olacağımız məkan da Qarabağ oldu, cənnətə gedən yolumuz da Qarabağdan keçdi”.

Onu da qeyd edək ki, bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri olduğu üçün, belə bir vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər - vətən, doğma ocaq sevgisi, namus-qeyrət təəssübkeşliyi, vətənpərvərlik, böyük-kiçik, ədəb-ərkan, bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimizdir. Öz qədim tarixi irsinə, milli-mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır. Gənclərimizi düzgün istiqamətləndirmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların üzərinə düşür. Milli-mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin təsir dairəsi və tərbiyəvi rolu da böyük önəm daşıyır.

Politoloq Mirsamir Məmmədov deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycana yenidən siyasi hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Ulu Öndərin Azərbaycan rəhbərlik etdiyi dövrdə xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, Azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi. Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı.

Politoloq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışaraq, gənclərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini diqqətə çatdırıb: “Azərbaycan gəncliyi qəhrəmanlıq göstərdi, meydanda ərlik nümayiş etdirdi. Bu onun millətinə, xalqına, torpağına, Ali Baş Komandanına olan inam və sədaqətin göstəricisidir. Bu gəncliyimizin milli dəyərlərə bağlılığıdır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılması vacibdir”.

Mənəvi şüurun formalaşmasında milli dəyərlər böyük rola malikdir, bu dəyərlər mənəviyyatın kamilləşməsinin əsasıdır. Təsadüfi deyildir ki, milli dəyərlər ali hisslər kimi, insanın fəaliyyətini stimullaşdıran amillər kimi qiymətləndirilir. Milli-mənəvi dəyərlər vətənpərvərlik müs¬təvisində çulğalaşaraq, insanın yaşam amalına çevriləndə əsl vətəndaş formalaşır. Bu çətin prosesdir, hər bir insan vətəndaşa çevrilə bilmir. Xalq şairi Səməd Vurğun “əsl mənada vətəndaş olmaq həqiqi vətənpərvər olmaq – məslək və əqidə sahibi olmaq deməkdir,” – deyirdi. Səməd Vurğunun bu fikri Məmməd Arazın aşağıdakı misraları ilə necə də tamamlanır:
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.

Tarixi köklərə malik vətənpərvərlik insanın elinə, xalqına, dilinə, tarixinə, adət-ənənələrinə, ata və anaya məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlmişdir. Hər bir kəsin tarixi qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.
Vətən övladı həyatının hər anında bu hissi ifadə etməlidir. Bu hissi Vətəninin üzərini qara buludlar alanda elini, xalqını sevən övladların ayağa qalxmasında görmüşük. Uşaq dünyaya gələndə gərək ona verilən ilk dərs bu ola: Sənin borcun doğma torpağı – vətəni qorumaq, onu ana kimi sevməkdir. Adama elə gəlir ki, bu sözlər ana laylası qədər doğmadır.

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər