BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

17 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər 21 saylı tam orta məktəbdə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətənim Azərbaycandır!" layihəsi çərçivəsində 8-12 yaş məktəblilər arasında vətənpərvərlik haqqında şeir müsabiqəsi keçirildi. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva açaraq hər kəsi salamladı və vətənpərvərlik haqqında, vətən sevgisinin önəmi barəsində danışdı.
Sonra söz "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınskiyə verildi. E.Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi.
Növbəti çıxış üçün söz tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanova verildi. A.Qurbanov vətənə məhəbbətdən, vətən sevgisindən danışdı. Bu hisslərin kiçik yaşlarından uşaqlarda formalaşdırılmasından, inkişaf etdirilməsi məsələlərinə toxundu. 
Növbəti çıxışçılar Şirvan Təhsil sektorunun müdiri Fəzilə Mahmudova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan şəhər 21 saylı tam orta məktəbin direktoru Səadət Quliyeva və "YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını dəstəklədiklərini bildirdilər. Daha sonra "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev ümumi layihə haqqında məlumat verdi. Təşkilatın bu günə qədər gördüyü işlərdən danışdı. 
Çıxışçılardan sonra söz şeir müsabiqəsinin iştirakçılarına verildi. Müsabiqə iştirakçıları yaradılmış münsiflər heyəti tərəfindən hər biri tək-tək dinlənildi. İştirakçılar arasından Ağazadə Ayla 1-ci, Qəfərli Əlişan 2-ci, Ağacanova Aysun 3-cü yerlərin qalibləri oldular. Sonda müsabiqə və tədbir iştirakçıları ilə birgə xatirə foto şəkil çəkdirildi.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər