BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya paytaxtı Moskvada yaşayıb müxtəlif sahələrdə, o cümlədən də diaspor işində fəal çalışan qadınlarımızı Moskva azərbaycanlıları milli-mədəni muxtariyyəti öz platformasında bir araya gətirib. Müvafiq görüş yenilənmiş və qısa müddət ərzində bir sıra mühüm əhəmiyyətli tədbir və təşəbbüslərə imza atan Moskva azərbaycanlıları diaspor təşkilatının ofisində 23 oktyabr 2022-ci il tarixində gerçəkləşib. 
Görüşdə ictimai, elmi, mədəni və başqa humanitar sahələrdə böyük xidmətləri olan qadın soydaşlarımız iştirak ediblər ki, onların arasında məktəb və ali təhsil ocaqlarının müəllimləri, tanınmış elmi-pedagoji işçilər, yazıçı və şairələr, publisistlər, dizaynerlər, modelyerlər, rəssamlar, iş adamları, mədəniyyət xadimləri və s. olub. Onlayn-formatda görüşə Moskvada yaşayıb işləyən Azərbaycanın əməkdar incəsənət xadimi, müğənni Nuriyə Mansurova da qatılıb. 
Görüş iştirakçılarını salamlayan Moskva azərbaycanlıları diaspor təşkilatının rəhbəri Bəxtiyar Həsənov müxtəlif sahələrdə uğurlu fəaliyyət apardıqlarına və diaspor həyatında aktiv iştirak etdiklərinə görə qadınlarımıza dərin minnətdarlığını bildirib. Sədrlik etdiyi təşkilatın ümumilikdə azərbaycanlıların həmrəyliyi istiqamətində konsepsiyasından və həmin konsepsiyanın məramlarının reallaşması məqsədilə aparılan işlərdən ətraflı məlumat verən Bəxtiyar Həsənov qadınlarımızın da bu sahədəki böyük potensialını, onların quruculuq rolunu xüsusi vurğulayıb.    
Öz növbəsində tədbirdə söz alan qadın fəallarımız səmərəli və işgüzar əməkdaşlıq formatının yaradılmasına görə şəxsən Bəxtiyar Həsənova və Moskva azərbaycanlıları diaspor təşkilatının idarə heyətinə təşəkkürlərini ifadə ediblər. Onların sözlərinə görə, bu əlverişli və faydalı əməkdaşlıq şəraiti Azərbaycan xalqının milli-mədəni irsinin və Azərbaycan həqiqətlərinin geniş təbliğatı üçün gözəl imkanlar açır, bir sıra maraqlı və perspektivli layihələrin müvəffəqiyyətlə gerçəkləşməsinə zəmanət yaradır. 
Fikir mübadiləsi formatında keçən görüşdə iştirakçılar Azərbaycan dilinin, mədəniyyətimizin, adət-ənənələrimizin təbliği istiqamətindəki konkret tədbirlərin həyata keçirilməsi və eyni zamanda Moskvada Azərbaycan mədəniyyət mərkəzinin və bu mərkəzin nəzdində müxtəlif tədris kurslarının açılması məsələlərini ətraflı nəzərdən keçiriblər. Qeyd olunub ki, aktiv şəkildə reallaşdırıla biləcək bu müştərək fəaliyyət milli bayramlarımızın və irsimizin sərgilənəcəyi fərqli festivalların daha da yüksək səviyyədə keçirilməsi ilə nəticələnəcək.
Xüsusi maraq doğuran təkliflər arasında gənclərimizin bu işə aktiv cəlb edilməsi, onlara məktəb və ali təhsil ocaqlarında yardım göstərilməsi, onların sonradan işlə təmin olunması, təcrübəli Azərbaycan müəllimlərinin müxtəlif fənlər üzrə repetitor fəaliyyətinin təşkil edilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə köməklik, təşkil olunacaq tədbirlərdə cavanlarımızın tanış olmaları və gələcəkdə ailə yaratmaları üçün münbit şəraitin yaradılması da səsləndirilib və geniş müzakirə olunub. 
Bütün təkliflərin əhəmiyyətini vurğulayan Moskva azərbaycanlıları lideri Bəxtiyar Həsənov rəhbərlik etdiyi təşkilat daxilində özünün ayrıca strukturu, idarə heyəti və fəaliyyət planı olmaqla Qadınlar Birliyinin təsis edilməsini təklif edərək bu yeni yaradılacaq quruma hərtərəfli dəstəyin veriləcəyini qeyd edib. 
Görüşdə səsləndirilmiş bütün aktual ideya və təkliflərin müzakirəsi qeyri-formal şəraitdə, çay süfrəsi zamanı davam etdirilib. Görüşü daha da xoş təəsüratlı və yadda qalan isə şer və mahnılarımızın oxunmasını özündə ehtiva edən qısa mədəniyyət proqramı edib. 
 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər