BAKU Azərbaycan
3.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabrın 5-də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir!” adlı tədbir keçirilmişdir.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, bələdiyyələrin, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini və   Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək, onların  əziz xatirəsini ehtiramla yad etdilər.  

Tədbirdə iştirak edənlər rayonun orta ümumtəhsil məktəb şagirdlərinin 8 Noyabr – “Zəfər Günü” və  9 Noyabr –“Bayraq Günü”nə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və  Vətən torpağı uğrunda canlarından keçərək ən Uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirdə  çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev  Şanlı Qələbə - 8 Noyabr – “Zəfər Günü” münasibətilə  hər bir kəsi təbrik edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. 

Daha sonra Vətən müharibəsi şəhidi - Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qarabağ” ordenli gizir  İbrahim Sadıxlının atası Şahin ata və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan şəhid əsgər Teymur Zeynalovun atası Tağı ata çıxışlarında övladlarının yoxluğundan əziyyət çəkdilərini ifadə etsələr də, övladı ilə fəxr etdiklərini, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, şəhidlərimizin xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edərək, şəhidlərimizin xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiklərini bildirdilər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz təşəkkürlərini bildirdi.

Növbəti çıxış edən Vətən müharibəsi qazisi Rəhman Qəhrəmanov söylədi ki,   “Torpaq namusdur, qeyrətdir. Torpaq heysiyyatı hər birimizin qəlbindədir. Onu düşmən işğalından azad etmək hər bir ölkə vətəndaşının vicdan borcu idi. Şükürlər olsun, biz həm vicdan borcumuzu, həm də vəzifə borcumuzu layiqincə yerinə yetirdik. Ali Baş Komandanımızın qətiyyətli addımları, xalqımızın ordunun yanında olması, cəmiyyətimizin müharibəyə, Böyük Qələbəyə köklənməsi bizi daha irəlilərə apardı. Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə  xalqımızı təbrik edir, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.   

Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun orkestrinin ifasında marşlar, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yaradıcılıq kollektivi və 153 saylı körpələr evi-uşaq bağçasının bir qrup körpə fidanları tərəfindən şeir kompozisiyaları səsləndirildi.

ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər