
“Konstitusiyamızın müddəalarının aliliyi qorunur”
“Azərbaycan Respublikasının Konstitusiyası qüvvədə olduğu illər ərzində onun müddəaları praktiki olaraq yüksək səviyyədə həyata keçirilib”. Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar danışarkən deyib.
Səadət Məhərrəmova deyib ki, konstitusiyamızda əks olunmuş konsepsiyalar inkişaf etdirilib. Bu ali sənədə əsasən Azərbaycanda çoxsaylı normativ hüquqi aktlar qəbul edilərərk qənunveriiclik daha da təkmilləşdirilib. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının prinsiplərinə əsasən dövlətçiliyin inkişafına xidmət edərək çoxşaxəli fəaliyyət göstərir və bununla xalqın etimadını qazanıb. “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur”,-deyə cənab Prezident özü konstitusiyamız haqqında fikirlərini belə bildirib. Bu gün konstitusiyanın müddəalarının aliliyi qorunur və onların təkamülü tam şəkildə təmin edilir”.