BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 "Fransa senatının qəbul etdiyi əsassız və qərəzli qətnaməsi bir daha onu göstərdi ki, bir çox qüvvələr şəxsi siyasi divident və məqsədi üçün bu tip ağılasığılmaz və beynəlxalq hüquqa zidd addımlar atmağa məcbur edir. Heç kəs üçün sirr deyil ki, erməni diasporunun fəal olduğu ölkədə çoxlu sayda soyadını dəyişmiş ermənilər yaşayaraq yüksək vəzifələrdə də yer alırlar və müəyyən nüfüza malikdirlər, təssüf ki, Fransa höküməti onların eynəyini taxıb dünyaya onların gözü ilə baxmağa üstünlük verirlər". Bu fikirləri Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov deyib.

Rəfi Orucovun fikrincə, bu heç bir qüvvəsi olmayan qətnamə Fransa cəmiyyətinin maraqlarını ifadə etmir və heç bir prosesə təsir etmək imkanına da malik deyil: Fransa hökümətinin nəzərinə bəzi faktları çatdırmaq istərdim. Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, əhaliyə qarşı törədilmiş soyqırımlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin evlərindən didərgin düşməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqların minalarla çirkləndirilməsi ilə bağlı faktlar göz önündədir, bunu nədən görmürsünüz? 
Bir çox beynəlxalq təşkilatların o cümlədən BMT-nin və ATƏT-in qətnamələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir onlara zidd gələn bu çağırış hansı normalara əsaslanır? 
Minsk qrupu həmsədri olan Fransa hökumətinin bu cür qərəzli mövqeyindən sonra  bir daha aydın gördük nədən bu problem 30 ildir həll olumamış qalıb. 
Fransa senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu qərəzli mövqedir, regionda sülh prosesinə xidmət etmir. Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınan ayrılmaz tərkib hissəsidir və müzakirə mövzusu deyil.
Partiya üzvü Fransa senatının bu qətnaməsini  qətiyyətlə pislədiyini deyib: "Düşünürəm ki, bu cür qərəzli çıxışlar beynəlxalq hüquq normalarına və qətnamələrə ziddir. Eyni zamanda sülhə xələl gətirəcək addımlardır.
Azərbaycan xalqının sücaəti və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində 30 il davam edən işğalçılığa son verildi, xalqımız zəfər əldə etdi, haqq öz yerini tutdu. Görünür, bu, bəzilərinin işinə yaramadı, lakin biz inanırıq ki, haqq ədalət gec, ya tez qalib olacaq və işğaldan əziyyət çəkən bütün ölkələr bir gün ərazi bütövlüyünü təmin edəcəkdir. Bilirsiniz ki, vətənimiz Gürcüstan da işğalçılıqdan əziyyət çəkir, gürcü xalqı da bunun nə olduğunun acısını yaşayır, Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bütün dünya azərbaycanlıları ilə yanaşı işğala məruz qalan və öz torpaqlarından didərgin olan hər kəsə bir ümüd verdi".
 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər