BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avstriyada gənc azərbaycanlı pianoçunun “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsi təqdim olunub

 

Avstriyanın Lints şəhərində “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (“Palais Kaufmännischer Verein”), ”Bechstein” piano mərkəzinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriyanın Anton Brukner adına Konservatoriyanın tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” (Vətənimin rəngləri) adlı layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı “Bechstein” piano markasının nümayəndəsi Qeorq Vizenqer tədbiri giriş sözü ilə açaraq, Ayan Məmmədli ilə bir neçə müddətdir əməkdaşlıq etdiklərini və onun istedadını yüksək dəyərləndirdiyini vurğulayıb. Qeyd edilib ki, Ayanın ifasında Azərbaycanın milli musiqilərinin əks olunduğu yeni maraqlı layihənin geniş tamaşaçı auditoriyasını yaxından tanış etmək üçün mərkəz tərəfindən musiqili gecə təşkil edilib. O, Ayan Məmmədlinin uğurlu ifalarının çox bəyənildiyini bildirərək, gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istəyində olduqlarını bildirib.

Gecədə Avstriya parlamentinin deputatı Renate Haytz çıxış edərək tədbirdə iştirak edən Azərbaycan Respublikasının Avstriyadaki səfiri Rövşən Sadıqbəylini, onun şəxsində Azərbaycan diplomatik missiyasının digər nümayəndələrini və bütün tədbir iştirakçılarını ürəkdən salamlayıb. Avstriya ilə Azərbaycan arasında uzun illər mövcud olan əlaqələrdən söz açaraq bildirib ki, hər iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəni sahədə də əlaqələrin daim inkişaf etdirilməsi vacib və önəmlidir. Xanım Haytz Ayan Məmmədlinin bir gənc kimi bu istiqamətdəki fəaliyyətində ona uğurlar arzulayıb.

Gecədə çıxış edən Azərbaycan Respublikasının Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bu il Azərbaycanla Avstriya arasında mövcud olan diplomatik əlaqələrin 30 ilinin tamam olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanla Avstriya arasında mövcud münasibətlərin dərin tarixi köklərə malik olduğunu qeyd etməklə bildirib ki, bu əlaqələr hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründən başlayıb. O, öz çıxışında, həmçinin Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış Yuxarı Avstriya əyalətinin paytaxtı olan Lints şəhəri ilə bir çox sahələrlə yanaşı mədəniyyət sahəsində də təcrübə mübadiləsinin aparılması barədə razılığın əldə olunmasını qeyd edib və bu şəhərdə yerləşən Anton Brukner adına Konservatoriyanın tələbəsi gənc pianoçu Ayan Məmmədlinin bir mədəniyyət nümayəndəsi kimi gələcəkdə bu əlaqələrin inkişafı yolunda layiqli töhfələr verəcəyinə inandığını bildirib. Səfir qeyd edib ki, hazırkı tədbir Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illiyinin tamam olduğu günə təsadüf edir.

Tədbirdə iştirak edən Ayan Məmmədlinin müəllimi, Avstriyanın Anton Brukner adına Konservatoriyasının professoru, dünyaşöhrətli Oleq Marşev, tamaşaçılarla söhbət zamanı Ayan kimi tələbəsiylə qürur duyduğunu və onun böyük gələcəyi olacağına inandığını söyləyib.

Tədbirdə çıxış edən musiqi gecəsinin səbəbkarı, gənc pianoçu Ayan Məmmədli bildirib ki, bu layihəni hazırlamaqda əsas məqsəd milli musiqi əsərlərinin bütün dünyaya tanıdılması və xarici ölkələrlə mədəni əlaqələrimizin gələcək yeni istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verməkdir. Anton Brukner adına Avstriya Konservatoriyasında cəmi 3 ilə yaxındır təhsil alan, lakin gənc olmasına baxmayaraq, öz istedadı, bacarığı, 4 dilə varid olmaqla yüksək kürsülərdən sərbəst nitqlər söyləmək qabiliyyəti və nəhayət məharətli piano ifaçılığı, yüksək musiqi duyumu ilə onu ilk dinləyən hər kəsin sevimlisinə çevrilən Ayan Məmmədli, bu dəfə öz sözünü sevimli tamaşaçılarına həm səlist nitqi, həm də musiqi dili ilə Avstriyanın Linz şəhərində möhtəşəm “Palais Kaufmannischer Verein” sarayının səhnəsindən söyləməklə, Azərbaycan musiqilərini əcnəbilərə və həmyerlilərimizə böyük şövqlə çatdırıb.

 Ayan Məmmədlinin tədbirdə təqdim etdiyi “Bayatı-Şiraz” muğamı, Azərbaycanın xalq mahnıları olan “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı gəlin” mahnıları, Fikrət Əmirovun və Avropa bəstəkarlarının əsərlərindən səsləndirdiyi bəzi nümunələr tədbir iştirakçıları tərəfindən böyük hərarət və alqışlarla qarşılanıb. Tədbirin sonunda gecənin təşkilatçısı “Bechstein” piano şirkətinin nümayəndəsi Qeorq Vizenqer gənc pianoçu Ayan Məmmədliyə həm yerli Avstriya tamaşaçılarına həm də azərbaycanlı qonaqlara belə maraqlı musiqi axşamı bəxş etdiyi üçün öz dərin təşəkkürünü bildirib və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

  •  

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər