BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Hakim hamımızı təəccübləndirən qərar qəbul edərək Misir və Sübhanı 8 il müddətinə azadlıqdan məhrum etdi”.

Bu sözləri Ukraynada mühakimə edilən Misir Qasımlı və Sübhan Quliyevə hökm oxunması ilə bağlı Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad deyib. 

“Qərar bizim üçün gözlənilməz idi. Çünki bu proseslərə altı aydan çoxdur ki, diaspor təşkilatı qoşulub. Bu altı ay ərzində 30-dan çox məhkəmə prosesi keçirilib. Onların hamısında diaspor nümayəndələri iştirak ediblər. Bundan başqa, Misir və Sübhan vəkil və tərcüməçi ilə təmin ediliblər. Bu 30 iclasda iştirak edən diaspor nümayəndələri, başda özüm olmaqla, Misir və Sübhana rəsmi şəkildə zamin durublar. Eləcə də təşkilatımız hüquqi şəxs olaraq zamin durub ki, onu azadlığa buraxsınlar. Amma Misirə qarşı açılan cinayət işi ağır hesab olunduğundan onun zaminə buraxılma işi reallaşmadı”, - deyə UABD sədri qeyd edib.

O həmçinin bildirib ki, Misirə qarşı üç ağır maddə üzrə cinayət işi açılıb. 

“Bunlar adam oğurluğu, quldurluq və qanunsuz silah saxlama maddələri ilə açılan cinayət işləridir. Bu maddələrlə təqsirləndirilən şəxsin zaminliklə azadlığa buraxılması və ya prosesin tez yekunlaşması çox çətindir. Ümumilikdə son altı ayda məhkəmə prosesində zərərçəkən qismində çıxış edən İspaniya vətəndaşı, ərəb əsilli şəxs Ukraynada olmadığı üçün onu yalnız videobağlantı ilə hakimin təkidlərindən sonra məhkəmə iclaslarına qoşdular. Bu məsələlər sıra ilə gedirdi: həm zərərçəkmişin dindirilməsi, həm də şahid ifadələrinin alınması”, - Hikmət Cavad deyib.

H.Cavad qərarla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.

“Əslində, bizim qurmuş olduğumuz müdafiə öz istəyinə çatmışdı. Yəni zərərçəkmişin dindirilməsi zamanı proses bizim xeyrimizə gedirdi. Çünki onun verdiyi məlumatların bəzilərinin yalan olduğu üzə çıxmışdı. Şahid dindirmələrində də proses bizim xeyrimə idi. Hakimin dünən belə bir qərar verməsi bizi şoka saldı. Ancaq vəkillər bu qərarın tam mətnini əldə etdikdən sonra apellyasiya şikayəti veriləcək.

Təşkilatımız və mən sona qədər Misirin yanında olub, onun hüquqlarını qoruyacağıq. Bu məsələ göründüyü kimi bəsit deyil. Sosial şəbəkələr və xəbər saytlarında bununla bağlı müzakirələri oxuduqda başa düşürsən ki, insanlar məsələnin ciddiyyətini bir o qədər də dərk etmirlər. Çox kiçik prizmadan baxırlar ki, qazimiz Ukraynadadır, ona şər atılıb, səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Amma bu belə sadə deyil. Mən düşünürəm ki, biz haqq-ədalətin bərpa olunması üçün əlimizdən gələni edəcəyik. Ortada erməni izi də var. Bu, sırf zərərçəkmişin ifadə verdiyi zaman tərcüməçinin erməni olmağı ilə bağlıdır. Bunu da bilirik və üzərində işləyirik. Düşünürəm ki, apellyasiya məhkəməsində qərar tam başqa ola bilər.

Onu da demək istəyirəm ki, Misirin Qarabağ qazisi olması bizim üçün həssas mövzu olsa da, Ukrayna məhkəməsinin hakimi üçün bu belə deyil”.

Qeyd edək ki, Hikmət Cavad məhkəmə proseslərinə qatılaraq, diaspor sədri kimi çıxış edib, prosesdən öncə hakimlə görüşüb. 

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər