BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan diasporu bu gün bir məslək və əqidə ətrafında yetərincə birləşərək, ölkəmizin mənafeyi istiqamətində ardıcıl iş aparır. Müasir dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək və ideya ətrafında birləşdirmək azərbaycançılıq məfkurəsindən yaranan amaldır. Azərbaycan xalqının milli birlik və bərabərliyini ifadə edən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etmiş Azərbaycanda ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də isə Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edildi.

          1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi və azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid və bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil dövlətimizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması kimi məsələlərin, zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni istiqaməti idi. Bir il sonra 5 iyul 2002-ci il tarixində Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. Bu gün imzalanan həmin rəsmi Sənəddən 20 il keçir. Tarixi dövr ərizində görülən işlərin miqyası ildən-ilə artıb. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçib, güclənib, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.

          Dünya azərbaycanlılarının milli birliyinin təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev diaspor quruculuğu işinə əsaslı töhfə vermiş oldu. Belə ki, 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etdi. Eyni zamanda, qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. 

          Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

          Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Daha sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təsis edildi.

          Bu gün əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəni bütün dünya azərbaycanlıları yaşadı. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı həmrəy oldu, bir yumruq ətrafında birləşdi. Bu ən böyük uğurlarımız sırasındadır. Əlbəttə ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Azərbaycan diasporunun belə mütəşəkil olması əlbəttə ki, diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, tətbiq edilən yeni proqramlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır.

          Müharibədən sonra yaranmış yeni reallıqları, tarixi Zəfərin reallıqlarını, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın bir sıra dünya ölkələrdəki formalaşmış diaspor fəalları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Yumruğu bir yerə vurmaları dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bir amal, məqsəd uğrunda birləşməsinin bariz nümunəsidir.

 

Akif RƏFİYEV, Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər