BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 1980-ci illərin sonu idi. Böyük imperiya süquta 
doğru gedirdi. Sovet hökuməti həm siyasi həm də iqtisadi cəhətdən çökmüşdü. Belə bir vəziyyətdə Qatil 
Mixail Qarbaçov hakimiyyətə gəldi. O SSRİ-ni süqutdan xilas etmək üçün Yenidənqurma və Aşkarlıq 
siyasəti həyata keçirtməyə başladı.Lakin bu siyasıt heç bir işə yaramadı. Bunu görən SSRİ rəhbərliyi 
cəmiyətin diqqətini yayındırmaq üçün Qərbi Azərbaycanda və Qarabağda yaşayan yaşayan erməniləri 
azərbaycanlılara qarşı qızışdırmağa başladı.Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba 
yurdlarından didərgin salındı.1988-ci ildə xalqın səbri tükəndi və meydanlarda öz etirazlarını bildirməyə 
başladı. Bu etirazlar 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecəyə qədər davam etdi.Xalqımız 
azadlıq müstəqillik ədalət tələb edirdi.Bu etirazlar xalqımızın birlik simvoludur.
 O şənbə gecəsi, o qətl günü,
 Mümkünə döndərdik çox namümkünü (Bəxtiyar Vahabzadə)
Bəli dahi şairimiz Bəxtiyar Vahabzadə düz deyirdi xalqımız o qanlı gecədə bir çox namümkünü 
mümkünə çevirdi. Kimin ağlına gələrdiki vaxt gələcək Azərbaycan xalqı hər kəsin gözündə şişirdilmiş 
Qırmızı Orduya qarşı çıxacaqdı.19 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında 
əmr verildi. Lakin axşam saatlarında Azərbaycan televiziyasının enerji bloku partladıldığına görə bu əmr 
əhaliyə xəbər edilməmişdi. Saat 23:50-də qatil Sovet ordusu Bakıya daxil oldu. Xalqımız mərd cəsarətli 
qorxmaz xalq olduğu üçün Bakıya gələn tankların qarşısından qaçmadı. Qorxmadan çəkinmədən o 
tankların qarşısında durdu. Nəticədə 146 nəfər günahsız, öz haqqlarını tələb edən şəxslər öldürülmüş 744 
nəfər yaralanmışdır.
Bu qanlı gecənin səhərisi günü Azərbaycan xalqının mərd oğlu Ulu öndərimiz Heydər Əlirza oğlu 
Əliyev heçnədən qorxmadan çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qəti 
şəkildə bu cinayətkarların cəzalandırılmasını tələb etdi.
22 Yanvar tarixində Bakıda fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq 2 milyon insan yenidən 
meydanlara gələrək şəhidlərini dəfn etdi.
Biz müstəqil qalib bir xalqıq. Biz 1988-1990-cı illərdə olan birliyi 2020-ci ildə 2-ci Qarabağ 
müharibəsində də gördük. Xalqımız Dəmir Yumruq əməliyyatı zamanı Müzəffər Ali Baş Komandan 
Cənab İlham Əliyevin və Qalib Azərbaycan Ordusunun ətrafında sıx birləşdi.
Biz Azərbaycan xalqı inanırıq ki Qarabağımıza,Şuşamıza, Cəbrayılımıza, Kəlbəcərimizə qayıtdığımız 
kimi tarixi torpağlarımız olan Qərbi Azərbaycanımıza, İrəvanımıza, Zəngəzurumuza qayıdacağıq.
Biz Azərbaycan gəncləri Ali Baş Komandan Prezident İlham Əliyev cənablarını daim dəstəkləyirik.
Başda 1-ci Qarabağ müharibəsi şəhidi əmim Ziya Ağayev olmaqla bütün şəhidlərimizə rəhmət etsin.
Allahdan qazilərimizə şəfa diləyirəm.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin 1-ci kurs tələbəsi, 
UNEC Tələbə Həmkarlar İttifaqı Mədəni Kütləvi Tədbirlər komissiyasının layihə meneceri- Ağayev 
Ziyad

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər