BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı  ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. Ulu öndərimiz bütün ömrünü, mübarizəsini, bir sözlə, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur.

          Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi. Hamıya məlumdur ki, məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri - şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Ulu öndərin böyük şəxsiyyətlərimizin yubileyləri ilə bağlı verdiyi sərəncamlar və bu sərəncamlardan irəli gələrək görülən işlər, hər imzanın ətrafında böyük bir hərəkat başlatması böyük anlam daşıyırdı. Məsələn, “Dədə Qorqud” dastanının 1300 illiiyinin keçirilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı Sərəncam ən unudulmazlar sırasındadır. Eyni zamanda Məhəmməd Füzulinin 500 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F.Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri bilavasitə ulu öndərimizin təşəbbüsü və təşkilatçılıq məharəti sayəsində həyata keçirilmişdir. Nəsiminin Bakıdakı heykəli, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Hüseyn Cavidin xatirəsinə ucaldılan xatirə kompleksi bunun bariz nümunəsidir. Repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi də ulu öndərimizin adı ilə bağlıdır və bu hadisə xalqımızın tarixinə əbədi həkk olunmuşdur.

          Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan yazıçılarının da bütün qurultaylarında iştirak etmişdi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır.

          Azərbaycan incəsənətinin mühüm sahələrindən biri olan rəssamlıq məktəbinin tərəqqisi üçün də ümummilli liderimiz çox işlər görmüşdür. O, bu sahəyə böyük dəyər verirdi. Heydər Əliyev deyirdi: “Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.” Ümummilli liderimizin rəssamlarımızın fərdi sərgilərində müntəzəm iştirakı sənətsevərlərin məsuliyyətini artırır, həm də onları daha da ruhlandırırdı.  

Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir. Bununla bağlı ümummilli liderimizin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.”  Əminliklə deyə bilərik ki, musiqi xadimlərimizin hər biri, Heydər Əliyev qayğısını hiss edib, həmişə minnətdarlıqlarını bildirirdilər.

          Ümummilli lider Heydər Əliyev teatr sənətinin də məna və mahiyyətini, onun insanların qəbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi.  Onun tamaşalara hər gəlişi, fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi, klassik əsərlərin yozumuna müasir baxış qüvvətləndi. Heydər Əliyevin dəyərli teatr-estetik görüşləri onun ayrı-ayrı iclaslarda, müşavirə və toplantılarda, plenum və qurultaylarda çıxışları zamanı teatr haqqındakı fikirlərində, ayrı-ayrı sənətkarlarla görüşlərində dediyi sözlərdə, görkəmli sənətkarların yubileylərində göndərdiyi təbrik teleqramlarında, baxdığı tamaşalar barədə mülahizələrində öz dolğun əksini tapıb.

Bir sözlə Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fədakar əməyi və bu əməyin nəticəsində əldə edilən nailiyyətlər haqqında cild-cild kitablar yazmaq mümkündür. O, böyük siyasi, iqtisadi, ictimai problemlərlə yanaşı, çoxşaxəli fəaliyyətində Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük işlər görmüşdür.

          Heydər Əliyevi görmək, onunla təmasda, ünsiyyətdə olmaq səadətdir, xoşbəxtlikdir. Fəxr edirəm ki, bu səadət mənə də nəsib olub. Mən Heydər Əliyevin keçirdiyi yüksək məqamlı toplantılarda bir neçə dəfə iştirak etmişəm, ilk dəfə 1978-cı ildə ulu öndərimizin keçirdiyi görüşdə iştirak etmişəm. Bütün bu dövr ərzində mən Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi böyük diqqətin canlı şahidi olmuşam.

Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları bu gün də yaşamaqdadır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməsin.     

          Beləliklə, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.

 

 

İFTİXAR PİRİYEV     

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər