BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dövləti güclü edən ən mühüm amillərdən biri də müasir ordu quruculuğudur. İqtisadiyyatı və ordusu güclü olan ölkə hər zaman uğurları ilə seçilir. Azərbaycan möhkəm və dayanıqlı iqtisadiyyata, yenilməz orduya malik olduğunu 2020-ci ildə Vətən müharibəsindəki Zəfəri, eyni zamanda, postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işləri ilə sübut edib.

Dövlətimizin qarşında duran prioritet məsələlərdən biri də ordu quruculuğunun daha da gücləndirilməsi, hərbi-texniki bazanın təkmilləşdirilməsidir. Çünki mövcud reallıqlar bunu tələb edir. Qarabağın, Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına köçürülməsinin tamamlanması vacib məsələlərdəndir. İyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində olan və hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bununla bağlı bir sıra məqamlara toxundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Deputat bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin başını əzdi və onu doğma torpaqlarımızdan qovdu. 30 illik işğaldan sonra ərazi bütövlüyümüz bərpa edildi. Döyüş meydanında məğlub olan Ermənistan üçtərəfli Bəyanatı imzalasa da, hələ də sülh sazişini imzalamaqdan yayınır.

“Dövlətimizin başçısı qeyd etdiyi kimi, mövcud reallıqlar, gərgin geosiyasi vəziyyət bizi diqqətli olmağa, daha da güclənməyə vadar edir. Ermənistan regionda sülhü və sabitliyi təmin edəcək sülh sazişinin imzalanmasını ləngidir. Ermənistandakı revanşist qüvvələr anlamırlar ki, bu saziş daha çox onların ölkəsinə və xalqına lazımdır. Onlar özlərini yaxşı aparmadığı təqdirdə, mütləq yenidən cəzalarını alacaqlar”, - deyə T.Cəfərova vurğulayıb.

Deputat bildirib ki, bu gün bütün dünya ictimaiyyəti, beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Amma hər halda biz gücümüzü daha da artırmalıyıq. Çünki təcrübə də göstərir ki, haqq da, ədalət də güclünün yanındadır.

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra müasir ordu quruculuğu istiqamətində mühüm tədbirlər və layihələr həyata keçirir. Artıq yeni silahların alınması ilə bağlı müqavilələr də imzalanıb. Müqavilə əsasında ölkəmizə yeni pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlər gətiriləcək. Bu, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını daha da artıracaq. Bir sözlə, ordumuz güclənməkdə davam edir”, - deyə Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, Ermənistan son nəticədə sülh sazişini imzalamağa məcbur olacaq, çünki onun başqa çıxış yolu yoxdur.

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər