BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Oktyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən təcrid edilməsi” mövzusunda tədbir keçirilib. Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon Polis İdarəsinin əməliyyat üzrə birinci müavini, polis polkovniki Nəriman Bayramov və Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Orxan Aydunov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar universitetin Heydər Əliyev muzeyini ziyarət edib, Ulu Öndərin büstü üzərinə gül dəstələri qoyublar.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və ictimai fəaliyyətə fəal qoşulmaq gənclərin həm fərdi, həm də sosial uğurunun təməlidir. O, Yeni Azərbaycan Partiyasının bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb.
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək mövzunun aktuallığını vurğulayıb. O, bildirib ki, müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə təşviqi və maarifləndirilməsi cəmiyyətin gələcəyi baxımından son dərəcə önəmlidir, zərərli vərdişlər yalnız fərdi sağlamlığa deyil, həm də təhsil və sosial münasibətlərə mənfi təsir göstərir. Universitetlər təkcə bilik verən müəssisələr deyil, həm də sağlam həyat tərzinin təbliği üçün mühüm mərkəz olduğunu bildirən prorektor gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib, bu işdə universitetlərin, valideynlərin və ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb.
Səbail Rayon Polis İdarəsinin əməliyyat üzrə birinci müavini, polis polkovniki Nəriman Bayramov isə çıxışında hüquq-mühafizə orqanlarının gənclərlə bağlı gördüyü profilaktik tədbirlərdən danışıb. O, zərərli vərdişlərin təkcə şəxsi sağlamlığa deyil, həm də ictimai təhlükəsizliyə zərər vurduğunu qeyd edib. Bayramov gəncləri asudə vaxtlarını faydalı məşğuliyyətlərə yönləndirməyə, idman və təhsilə üstünlük verməyə çağırıb.
Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Orxan Aydınov da tədbirdə çıxış edərək icra strukturlarının gənclərin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb. O bildirib ki, gənclərin düzgün formalaşması yalnız təhsil müəssisələrinin deyil, həm də ailə və ictimai təşkilatların birgə fəaliyyətindən asılıdır.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və iştirakçılar gənclərin sağlam gələcəyi naminə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Son xəbərlər

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

"Qadın dünyası" İctimai Birliyi növbəti layihəsini uğurla başa çatdırıb

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Bütün xəbərlər