BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən layihələrə yazıçılar, şairlər öz yeni əsərlərini mütamadi olaraq təqdim edirlər.

Kitabxananın Fəxri oxucusu, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, şair, publisist Nəsibə İsrafilqızı kitabxana ilə sıx əməkdaşlıq edir. Vətənpərvər şairin şeirləri oxucular tərəfindən sevilə-sevilə oxunur və tədbirlərdə səsləndirilir.

Nəsibə İsrafilqızı “Yaradıcı oxucularımız” layihəsinə yeni yazdığı “TÜRKSOY” şeirini təqdim etdi. Şeir türkdilli dövlətlərin 1993-cü ildə bir araya gələrək mədəniyyət və incəsənət sahəsində birgə əməkdaşlıq məqsədi ilə yaradılan beynəlxalq TÜRKSOY təşkilatına həsr edilib. Şair qardaşlıq adına məbəd tikərək, əl-ələ tutaraq, dünyanı heyrətə salaraq bir günəştək gələcək nəsillərə şəfəqin saçan könüllər mülkündə Turan olan TÜRKSOY-u tərənnüm edir.

Şeirə bəstəkar Fərahim Qulubəyov musiqi yazıb. Mahnını Xalq artisti Gülyanaq Məmmədova ifa edir.

Şeir və mahnı oxuculara təqdim olunur:

 

TÜRKSOY

Bayraqlar ucaldı, səmamız güldü,

Göydən yer üzünə nurlar töküldü.

Qardaşlıq adına məbəd tikildi,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Könüllər mülkündə, Turandı TÜRKSOY.

 

 

Azərbaycan, Qazaxıstan, tatarım,

Özbəkistan, Qırğızsıtan da varım.

Altay, Saha, Tuva, qaqauzlarım,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Dünyanı heyrətə salandı TÜRKSOY.

 

 

Ulu Türküm bir günəştək yol açır,

Gələn nəsillərə şəfəqin saçır.

Hakazım Kıbrısla hey qucaqlaşır,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Könüllər mülkündə, Turandı TÜRKSOY.

 

 

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər