BAKU Azərbaycan
22.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan xalq nağılları, habelə uşaq yazıçısı Solmaz Amanovanın “İlmənin macəraları” adlı kitabları Türk dilinə tərcümə edilərək Ankarada nəşr edilmişdir.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində Türkiyədə mobil telefonlar üçün hazırlanmış “Masal Masal Türkiyə” adlı Türk nağılları proqramına “Türk dünyası, Azərbaycan” bölümü əlavə edilmişdir.
Sözügedən layihələrin Bakı beynəlxalq kitab sərgisində keçirilən təqdimat mərasimində ilk öncə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan şifahi xalq ədəbiyyatının, folklorunun təbliği məqsədi ilə reallaşdırılan layihələr barədə danışıb.
Samir Abbasov məşhur “Masal Masal Türkiyə” adlı Türk nağılları proqramına “Türk dünyası, Azərbaycan” bölümünün əlavə edilməsi və bu tanınmış platforma çərçivəsində nağıllarımızın tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, nağıllarımızın mətnlərinin, Azərbaycan və Türkiyə Türkcəsində səsli versiyalarının yerləşdirilməsi və gələcəkdə isə dünyanın aparıcı 5 dilində təqdim olunmasının həm Türkiyədə, həm də dünyada istənilən uşağın kompüter və telefon vasitəsi ilə tanış olmaq imkanı qazanacağını bildirib.
Türkiyənin Atatürk Mədəniyyət Mərkəzinin direktoru, dr. Zeki Eraslan çıxışında Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verildiyini qeyd edərək, Azərbaycan Mədəniyyət Mərkəzi ilə əldə olunan razılığa əsasən həyata keçirilən uşaq nağıllarının rəqəmsal platforma çərçivəsində tanıdılması, layihənin həm Türk uşaqlarına, həm də dünyanın aparıcı dillərinə çevirməklə dünyada tanıdılmasına imkan verəcəyini vurğulayıb.
O, Atatürk Mədəniyyət Mərkəzində yaradılan xüsusi komissiyanın Azərbaycan tərəfi ilə birgə nağıllarımızın seçildiyini, onların mətn, rəsm, səsli versiyalarının yaradıldığını söyləyərək, 30-a yaxın xalq nağıllarımızın proqrama daxil edildiyini və işin davamı nəticəsində gələcəkdə çox sayda nağıllarımızın proqramda yer alacağını qeyd edib.
Qeyd edək ki, Azərbaycan xalq nağılları Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanaraq Türkiyə tərəfinə təqdim olunub.
Tədbirdə uşaq yazarı Solmaz Amanova müəllifi olduğu və Türk dilinə tərcümə olunmuş “İlmenin maceraları” adlı kitabı haqqında da məlumat verib.
Sonda Kitab sərgisində Türkiyə milli stendində də yeni yaradılmış “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” bölümü uşaqlara elektron ekran vasitəsi ilə canlı göstərilmişdir.

Son xəbərlər

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

Bütün xəbərlər