BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ilin payızından Azərbaycan uğurla sədrlik edir. Bu dövrdə təsisatın Bakıda müxtəlif tədbirləri baş tutub.
İyulun 5-də isə Bakıda təşkilatın növbəti tədbiri - Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyi dövründə görülən mühüm işlərdən danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.

Kanal 20 TV Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun mövzu ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi açıqlamanı təqdim edir:  
Deputat açıqlamasında qeyd edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə fəaliyyətinin yeni keyfiyyət mərhələsini yaşayıb. Ölkəmiz bu çərçivədə hər zaman yüksək nüfuza sahib olub, ehtirama layiq görülüb: "Bunun obyektiv səbəbi odur ki, Azərbaycan QH-nin fəaliyyətinin əsasında duran "Bandunq prinsipləri"ni öz fəaliyyətində əsas götürüb. Təsadüfi deyil ki, Azərbaycanın 2019-cu ildən təşkilata sədrliyi dövründə təsisata üzv ölkələrin davranışlarında bu prinsiplərə istinad edilməsinin vacibliyi geniş təşviq olunub. Ümumiyyətlə, ölkəmizin rəhbərliyi dövründə Qoşulmama Hərəkatının dünya miqyasında nüfuzu əhəmiyyətli dərəcədə artıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təşkilata üzvlük tarixi elə də uzaq deyil. 2011-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv seçilib. 2019-cu ildən etibarən sədrliyin Azərbaycana keçməsi haqqında yekdilliklə qərar qəbul olundu".  
2019-cu ilin oktyabrında QH-nin XVIII Zirvə toplantısının Bakıda baş tutduğunu xatırladan E.Mirbəşiroğlu bildirib ki, bu iclasda Azərbaycanın ərazi  bütövlüyünə açıq dəstək ifadə olunan üç mühüm qətnamə qəbul edilib. "Qoşulmama Hərəkatı beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu mühüm konfranslar keçirib. Bu tədbirlərin əksəriyyəti Bakıda baş tutub. Nəzərə almaq lazımdır ki, təsisata Azərbaycanın  rəhbərliyi olduqca mürəkkəb tarixi dövrə - pandemiyaya təsadüf etdi", - deyə deputat əlavə edib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin may ayında QH-yə üzv ölkələrin təmas qruplarının COVID-19-la mübarizəyə həsr olunmuş toplantısı keçirilib və burada həmin dövr üçün aktual olan məsələlər müzakirə olunub. Eyni zamanda həmin toplantıda dövlət başçısı 2020-ci ildə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini təklif edib. 
Rəsmi Bakının rəhbərliyi dövründə Azərbaycanın səyləri, təşəbbüsləri nəticəsində təsisat daxilində mühüm institusional inkişaf olduğunu deyən E.Mirbəşiroğlu bu dövrdə QH-nin Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığını xatırladıb. Bu isə gələcəkdə təşkilat çərçivəsində daha sıx ünsiyyət imkanları təqdim etməyə imkan verəcək: "Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, iyulun 5-6-da QH-nin Əlaqələndirmə Bürosunun nazirlər iclasının Bakıda baş tutması Azərbaycanın sədrliyi dövründə təşkilatın dinamik fəaliyyət  göstərdiyini bir daha sübut edir. İclas çərçivəsində də müasir çağırışlarla mübarizədə birlik və əzmkarlıq mövzusunda, dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təbii ki, bununla yanaşı, təmasların da inkişaf etməsi gələcəkdə həm iki, həm də çoxtərəfli əməkdaşlıq sistemini inkişaf etdirəcək". 

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər