BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

  "Bəzi dövlətlər var ki. Nə qədər maskalansa da, nə qədər özünə demokrat, insan haqlarının daşıyıcısı və müdafiəsçisi kimi göstərməyə çalışsada, sülhpərvər imici yaratmağa çalışsa da, gec tez-tez maska yırtılır, əsl sima üzə şıxır, göyərçin maskasının altında bayquş olduğu üzə çıxır, sülhpərvər, demokrat deyil, xəbis, məkrli, imperialist və irqşi niyyətləri aydın olur. Fransanın son otuz illik fəaliyyəti yuxarıda deyilənlərə əyani sübut kimi gələcəkdə politologiya və beynəlxal münasibətlər fənnlərində pis bir nümunə kimi tədris oluna bilər".

Bu sözləri KİV-ə açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.

  Əhməd Abbasbəyli bildirb ki, son illər xarici və daxili siayəsətində  uğursuzluğa düçar olmuş, həm beynəlxaql müstəvidə, həm də ölkə daxilində kifayət qədər problemlərlə üzləşən  Fransa və rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsində gərginliyi artırmaq, süni ajiotaj yaratmaq cəhdləri edir: "Bununla Fransansa Cənubi Qafqaza müdaxiləsi, siyasi oyunları, BMT-dəki təşkil etməyə çalışdığı tamaşalar-şoular  və s. ilə nə demək istəyir?  Bu hoqqabazlığın məqsədi nədir? Hələ demirəm ki, necə olur ki,   30 il Azərbaycanın torpaqları işğal olunanda, kənd və şəhərləri viran qalanda, tarixi və mədəniyyət abidələri dağıdılanda, minlərlə insanlar, o cümlədən uşaqlar, qadınlar, qocalar qətlə yetiriləndə, yüz minlərlə vətəndaşı ata-baba yurdlarından didərgin salınanda Fransa bu vəhşiliyi, faşizmi, bu qeyri-insanı davranışı görmürdü? Onda mürgüləyən humanizm, insanpərvərlik hissləri oyanmırdı, vicdanı narahat etmirdi? 

   Necə oldu, Fransanın bu “insanpərvər hissələri” nəhayət 44 günlük  müharibədən, Azərbyacanın Zəfərindən sonra qəflət yuxusundan oyandı? Niyə Ermənistan-Fransa duetu, bu iki bacı məhz son iki ildə daha iyrənc, daha əttökən vasitlətələrə əl atmağa başladılar? Bəlkə bu hərəkətlər məhz arzularının gözlərində boğulması, müharibənin nəticələrini, və dövlətmizin sonrakı siyai və diplomatik müstəvidə uğurlarını həzm edə bilməməsi ilə əlaqədardır? Bəlkə  uğursuzluq bataqlığında boğulan Fransanın bu çabaları diqqəti öz problemlərindən yayındırmaq məqsədi daşıyır? Bəlkə bu hiqqabazlığın səbəbə çox bəsiddir,  E.Makron və onun komandası, sadəcə, mümkün qədər erməni lobbisindən yararlanmağa, daha çox maliyyə qazanmağa çalışırlar? Əlbəttə səbəblər çoxdur. Amma bütün təhlillər bir həqiqəti ortaya qoyur ki, Frandsa hakimiyyəti həmişə olduğu kimi heç Ermənistanla bağlı da səmimi deyil".

  Ekspert hesab edir ki, Fransanın bu impulsiv və bəzən xaotik hərəkərlərinin səbəblərindən biri onun son illər həyata keçirdiyi uğursuz xarici siyasəti nəticəsində Avropa İttifaqı daxilində, NATO daxilində nüfuzunun tədricən itməsi və  hələki təsir dairəsində olan keçmiş müstəmləkələrdə - Afrika dövlətlərində baş verənlərdir: "Digər səbəb isə ölkə daxilində problemlərin həddən artıq çoxluğu dur ki, bunlardan ən diqqəti cəlb edəni miqrantlarla bağlıdır ki, raellığı düzgün qiymətləndirməyə bacarmayan Fransa son illər mütəmadi olraq müxtəlif igtişaların, küçə döyüşlərinin və s. qarşısnı ala bilmir. Yeri gəlmişkən bu problem yalnız miqrantlarla əlaqəli deyil, “sarı jilertlilər hərakatı” və s. kimi hadisələr də bu qəbildəndir.

   Nəhayət bu davranışın bir səbəbi də Fransanın qaranlıq və imperilaist keçimiş ilə bağlıdır. 19-20 əsrlərdə Afrikada, o cümlədən Əlcəzairdə  müstəmləkiçi, irqşi siyasətini həyata keçirən, milyonlarla afrikalıların qətlinə səbəb olan Fransa həmin fəaliyyətini yeni formada, sivil (humanitar) don geyindiirərək yeni ərazilərdə tədbiq etməyə fürsət axtarır. Digər sözlərlə  özünün də yaratmaq istədiyi süni gərginliklər fonunda Cənubi Qafqaza pərçimlənmək, bu ərazinin təsir dairəsinə salmaq istəyi Fransanın qaranlıq keçmişinin əks-sədasıdır. 

Amma əminəm ki,  üzdə özünü erməni maraqlarının müdafiəçisi, humanizmin danışıyıcı, göstərməyə çalışan Parisin əvvəllər olduğu kimi bu təxribatçı planları da uğursuzluqla nəticələnəcək.  Makron başda olmaqla Frnsa hökuməti istədiyi qədər humanitar yardım da göndərə bilər, istədiyi kimi hay-həşir də sala də bilər, müxtəlif təşkilatlara  müraciətlər, şikayətlər də edə bilər, amma heç nəyə nail ola bilməyəcək, bütün çabalar, cəhdləri uğursuzliğa düçar olacaq.

  Əksinə, separatizmi dəstəkləyən digər ölkələr kimi, bu bəla Fransadan da yan keçməyəəcək ona da təsir edəcək. İnanıram ki, ilahi ədalət öz sösünü deyəcək. Necə ki, artıq Afrikada bu prosesə start verib. Və nə vaxtsa Korsikada və yaxud da kiçik bacıları olan və əzizləyərək bəslədikləri ermənilərin  Marceldə muxtariyyat və ya müstqəililk tələblərini eşitsəniz təəccüblənməyin. Əminəm ki, onda  Fransa və fransızlar separatizmin, xəyanətin, erməni həyasızlığının nə olduğunu, həmçinin belə bir çətin məqamda haqsızlığı, separatzimi, xəyanəti kənardan dəstəkləməyin necə neqativ, ləyaqətsiz bir davranış olduğunu dərk edəcəklər".

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər