BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan sentyabrın 2-də Azərbaycana qarşı ərazi iddiasını ifadə etməklə yeni mövqe sərgiləməyib. Hər kəsə yaxşı məlumdur ki, Paşinyan mövqelərində hər zaman sərt transformasiyalar edir, onun fikirlərində mütəmadi olaraq paradoksallıq müşahidə olunur. 
"Xatırlatmaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan qondarma separatçı rejimi ayrıca subyekt kimi təqdim etməyə çalışıb. Hər zaman belə bir fikir səsləndirib ki, qondarma Dağlıq Qarabağ separatçı rejimi Azərbaycanla özü danışıqlar aparmalıdır. Bu o deməkdir ki, Paşinyan elə o vaxtdan separatçıları ayrıca müzakirə tərəfi kimi dövriyyəyə qatmaq istəyib. Mahiyyət etibarilə, Paşinyanın bu addımları separatçıların müstəqil subyektə çevrilməsinə xidmət etmək cəhdləridir", - deyə deputat qeyd edib.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Paşinyan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü səmimi şəkildə tanımayıb. Sadəcə, ölkəmizin yaratdığı reallıqların təsiri altında bir sıra deklarativ bəyanatlar verib ki, guya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Son açıqlamasında isə separatçıların statusundan danışmaqla əsl mövqeyinin nədən ibarət olduğunu bir daha nümayiş etdirib.
Deputat deyib ki, Ermənistan heç vaxt öz xoşu ilə Azərbaycanla sülh sazişi imzalamayacaq: "Nəzərə almaq lazımdır ki, Paşinyanın sələfləri də eyni mövqedən çıxış edir, müzakirələrdə imitasiyalarla məşğul olurdular. Onlar özlərini məsələləri danışıqlar yolu ilə həll etməyə hazır kimi göstərsələr də, reallıqda tamamilə fərqli - işğalçı və təcavüzkar mövqedə tuturlar. Paşinyan da sələfləri kimi bunu hər addımda nümayiş etdirir". 
Elşad Mirbəşiroğlunun dediyinə görə, Paşinyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində hər hansı bir sənəd imzalanarsa, orada separatçı rejimin hansısa statusu öz ifadəsini tapsın. Bu həm də Paşinyanın geosiyasi oyunların aləti olduğunu göstərir. Ermənistanın baş naziri onu hakimiyyətə gətirən Qərb dairələrinin təlimatları ilə regionda gərginliyin qalmasında maraqlıdır. Yalnız bu təqdirdə həmin dairələrin Cənubi Qafqaz regionuna müdaxilə imkanlarının qalacağını başa düşür". 
Deputat əlavə edib ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü aqressivcəsinə şübhə altına alan bəyanatlar səsləndirməsi onun həm də öz fikirlərinə hörmətsiz yanaşdığını göstərir. O, heç vaxt səmimi olmayıb və bundan sonra da olmayacaq. Belə olan halda isə, Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə həyata keçirməlidir.

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər