BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müzəffər Azərbaycan Ordusu az müddətdə Qarabağda qanunsuz erməni hərbi qüvvələrinin bütün istiqamətlərdə müdafiə xəttini yararaq qələbə qazanıb

 Son zamanlar Azərbaycanın Qarabağ bölgəsində gərginlik artmışdır. Qarabağdakı separatçı erməni hərbi birləşmələri məqsədli şəkildə Azərbaycana qarşı terror siyasəti yürdürdülər. Xüsusən, son bir neçə ayda Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv şəkildə müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu. Həmçinin bu bölgənin minalanması davam etdirilirdi. Bundan başqa Ermənistan ordusu döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayını artırmağa çalışırdı. Bütün bunlar gərginliyin daha da artmasına səbəb olmuşdur. Azərbaycan Ordusu bu kimi qanunsuz fəaliyyətlərə qarşı cavab verirdi. Eyni zamanda Ermənistan rəhbərliyinə bu fəaliyyətlərin dayandırlması ilə bağlı xəbərdarlıq edilirdi. Lakin Ermənistan tərəfi normallaşma prosesinə mane olaraq Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etdirirdi. Belə ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz buna cavab olaraq Azərbaycan Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlamışdır. Bunda məqsəd ermənilərə məxsus qanunsuz hərbi infrastrukturu zərərsizləşdirmək idi. Yeri gəlmişkən, antiterror tədbirlərindən öncə yerli erməni əhalisinə terrorla mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilmişdir. Həmçinin Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə videosüjet vasitəsi ilə çağırış edilmişdir. Süjetdə bildirilir ki, qonşu Rusiya və Gürcüstanda azərbaycanlılar və ermənilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hətta ortaq iş aparırlar, bu isə onların bir-birlərinə etibar etdiyini göstərir: “Bu gün bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, bizim və ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var. Baxın, Qarabağda həyatın, infrastrukturun bərpası hansı sürətlə gedir, yollar, zavodlar, yaşayış binaları, məktəblər tikilir. Bunu Qukasyan, Saakyan, Arutyunyan kimi bir dəstə qəsbkarın 30 il ərzində bu torpağı necə qarət etməsi ilə müqayisə edin. Bu onilliklər ərzində özləri və ailələri üçün villalardan başqa nə tikiblər?!”.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar məlumat yaymışdır. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib, lakin onlar hər dəfə bundan imtina ediblər: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır”.

Və Azərbaycanın dediyi və istədiyi oldu. Ermənilər bütün şərtləri qəbul etdilər. Müzəffər Azərbaycan Ordusu az müddətdə Qarabağda qanunsuz qüvvələrinin bütün istiqamətlərdə müdafiə xəttini yardı. Ermənilər bir gün keçməmiş ağ bayraq qaldıraraq təslim oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus saysız sığınacaq və döyüş texnikası məhv edildi. Müdafiə Nazirliyinin məlumatlına əsasən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Bu gün Azərbaycanın mövcudluğu ermənilərin məğlubiyyətidir. Və bu zaman Azərbaycanın başında duran Ali Baş Komandan və bu sərkərdənin arxasında dayanan böyük Azərbaycan xalqı var.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər