BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Oktyabrın 11-də Bakının Yasamal rayonunda İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə xaricdə təhsil almaq istəyən yeni qrup gənclər üçün növbəti maarifləndirici təlim keçirilib. Qeyd edək ki, təlim İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma” layihəsi çərçivəsində təşkil olunub. Təlimin əsas məqsədi xaricdə təhsil almaq istəyən gənclərin düzgün maarifləndirilməsini həyata keçirmək, internet resurslardan düzgün istifadə bacarıqlarının artırılmasıdır.

 Təlimə başlamamışdan öncə İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin sədri Aytac Əzimova çıxış edərək bildirib ki, xarici ölkələrdə təhsil almaq bir çox gənclərin arzusudur: “Bu arzunu reallaşdırmaq üçün hazırda bir çox kommersiya şirkətləri öz xidmətlərini təklif edirlər ki, buna da bəzən istedadlı şagirdlərin maliyyə imkanları çatmır. Həmçinin, həmin şirkətlər bu təklifləri kommersiya məqsədləri üçün təklif etdiklərindən bəzən bu təkliflərin çatışmamazlıqları barədə məlumat verilmir. Eyni zamanda, internetdə xaricdə təqaüd proqramları ilə təhsil imkanları barədə yetərli qədər məlumat olmasına baxmayaraq bu proqramların üstünlükləri, imkanları, çətinlikləri və çatışmazlığı barədə bir çox vətəndaşlar məlumatsızdırlar. Mövcud reallığı nəzərə alaraq, bu sahədə məlumatlatlandırma tədbirlərinin aparılması zəruridir”

Sonra tanınmış təlimçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti MBA proqramı və SABAH qrupları üzrə müəllimi Fəxri Məhəmmədzadə mövzu üzrə danışaraq mövcud imkanlar və risklər, o cümlədən, milli maraqlarımıza xələl gətirə biləcək hallar barədə gəncləri və valideynləri məlumatlandırıb.

Bu dəfə təlimçidən əlavə qonaq qismində Polşada və İtaliyada təhsil almış Ametist Academy-nin həmtəsisçisi, eynu zamanda IELTS müəllimi Göyçək Abduzadə olub. Göyçək Abduzadə gənclərə xaricdə təhsilin üstünlüklərindən danışıb.

Bununla da İnformasiya Texnologiyalarının Tətbiqinə Yardım Mərkəzi İctimai Birliyinin “Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma” layihəsi çərçivəsində təlimləri yekunlaşıb.


 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər