BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Artıq ötən ildən başlayaraq 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur
 Cəbrayıl rayonu Azərbaycanın dilbər guşələrindən, səfalı rayonlarından biridir. Ötən əsrin 90-cı illərdə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində Cəbrayıl rayonu da işğala məruz qalmışdır. Bu rayonun da əhalisi qaçqın və məcburi köçkün düşmüşdü. İranla sərhəd olan bu rayon müharibə başlayan gündən təhlükədə idi. Baxmayaraq ki, qəhrəman hərbçilərimiz və yerli sakinləri rayonun müdafiəsi uğrunda döyüşmüşdür. Lakin qeyri-bərabər döyüşlərdə Ermənistan xarici havadarlarının köməyi ilə Cəbrayıl rayonunu 1993-cü il avqustun 23-də işğal etmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Ermənlər işğalda saxladıqları digər rayonlarımız kimi Cəbrayıl rayonunda da çox ağılasığmaz şəkildə dağıntılar etmişdilər. Bu dağıntılar nəticəsində Cəbrayıl rayonu tanınmaz hala düşmüşdür. Hətta rayonun sakinləri sonradan torpaqlarımız işğaldan azad olduqdan ora getdikdə hətta öz evlərini, kəndlərini, yollarını belə, tapa bilmirdilər. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bütün bunlar da erməni vandalizminin təzahürü idi. Bu da ermənilərdən gözlənilənidi. Çünki ermənlər, demək ki, bütün Qarabağ və Şərqi Zəngəzurda bu kimi vandalizm əməlləri etmişdilər.
Cəbrayl rayonu işğal olanandan sonra ən böyük çətinlik, əzab-əziyyət, əlbəttə ki, yerli sakinlər üçün oldu. Onlar 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı yaşadılar. Bu müddətdə onlar sözün həqiqi mənasında fiziki və mənavı çətinliklərə məruz qalmışdılar. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Azərbaycan dövləti tərəfindən cəbrayıllı qaçqın və məcburi köçkünlərin də yaşışları üçün müvəqqəti şəhərciklərdə evlə təmin edilmişdir. Amma onların yenə də arzusu, istəyi, həsrəti öz torpaqlarına qayıtmaq, öz torpaqlarında yaşamaq idi. Bu istəyə, bu arzuya da cəbrayıllılar 27 ildən sonra çatdılar. Belə ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl uğrunda döyüşlərdə Azərbaycan Ordusu çox böyük qəhrəmanlıq göstərmişdir. Baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələri burada istehkamlar qurmuşdular, özlərini müdafə etməyə çalışmışdılar. Azərbaycan Ordusunun gücü, artilleriyası bir daha göstərdi ki, Ermənistan ordusu hansı istehkam qurursa qursun, ordumuzun qarşısında dayana bilməz. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu baxımdan Azərbaycan Ordusu üçün Cəbrayıl uğrunda döyüşlər çox strateji əhəmiyyət kəsb etmişdir.
Azərbaycan dövləti Cəbrayıl rayonunda da çox böyük abadlıq və quruculuq işlərinə başlayıb. Cəbrayılda yeni-yeni yaşayış masivləri, sənayi obyektləri, ictmai iaşə mərkəzləri tikilir, küçələr çəkilir, kommunikasiyalar bərpa edilir. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Və bütün bunlar da Azərbaycan dövlətinin öz gücü, öz iqtisadi gəlirləri hesabına edilir.  Azərbaycan dövləti heç bir dövlətdən bunun üçün yardım almır. Erməni vandalizmə məruz qalmış bütün rayonlarımızda, o cümlədən Cəbrayılda da bu işlər həyata keçirilir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri yeni-yeni açılışlar və təməlqoymalarla yadda qalır. Cəbrayıl rayonu işğaldan azad edildkdən sonra Prezident İlham Əliyev bura ilk dəfə 2020-ci ilin noyabrın 16-da səfər edib. Bundan sonra da dəfərlərlə dövlətimizin başçısının bu rayona səfəri olub. Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 3-də Cəbrayıla rayonuna növbəti səfər edib. Səfər müddətində cənab Prezident Cəbrayıl rayonunda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, eləcə də məktəb, fabrik və digər müəssisələrin açılışında və təməlqoyma mərasimində iştirak edib. 
Çox qürurlu haldır ki, artıq biz işğaldan azad olunan rayonların şəhər günlərini də qeyd edirik. Göürdüyümüz kimi, Azərbaycanın tarixi qələbə günləri əbədiləşdirilir. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamlar verməsi bunun bariz nümunəsidir. Artıq ötən ildən başlayaraq 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu da bütün dünya azərbaycanlıları, əlbəttə ki, ən əsası da cəbrayılırlar üçün böyük bir sevincdir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər