BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2025-ci il tarixindən “Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi”  layihəsinin icrasına start verib.Qeyri hökumət təşkilatından verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2025-ci il) icra olunacaq.

Layihə, Azərbaycanın ucqar dağ rayonlarından biri olan Lerikdə həyata keçiriləcək.

Layihənin məqsədi yeni informasiya texnlogiyalarından xəbərsiz olan gənclərin  maarifləndirilməsinə çalışmaqdır. Eyni zamanda müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə bu məlumatsızlığın aradan qaldırılmasına yardımçı olmaqdır.

Layihənin vəzifəsi təşkil ounacaq təlimlər vasitəsilə gənclər arasında kompüter biliklərini təşviq etmək,müasir gəncliyin həyata baxışını dəyişməyə çalışmaq,onların cəmiyyətə fayda verə biləcək işlərin təbliğinə səy göstərməkdən ibarətdir.   

Layihə çərçivəsində gənclərə kompüter texnologiyası üzrə  ofis proqramları – Microsoft windows, word, kompüter qrafikası proqramları – Design-Adobe Photoshop,Figma-Adobe Illustrator, Photo editing-Adobe Lightroom,Video editing-Adobe Premiere Pro,Adobe After Effect-Davinci Resolve,Corel draw və digər proqramlar öyrədiləcək.Təlimlərin başa çatdıqdan sonra daha fəal olan gənclərə Sertifikatlar veriləcək.

Bu gün texnologiyanın sürətli inkişafı ilə birlikdə uşaqları və gəncləri gələcək karyeralarına hazırlamaq getdikcə daha çox əhəmiyyət kəsb edir. Artıq təkcə ənənəvi təhsil metodları yetərli deyil və uşaqlar rəqabətli dünyada uğur qazanmaq üçün yeni bacarıqlar əldə etməlidirlər.Layihə həssas təbəqədən olan 14-17 yaş arası uşaqları və gənclərı yenilikləri təşviq etməyə və yeni texnologiyalar vasitəsi ilə biliklərinin artırılmasına sövq etməyi hədəfləyir. Kompüter və yeni texnologiyalardan düzgün istifadə nəticəsində uşaq və gənclər müxtəlif biliklərə yiyələnəcək və onların dünyagörüşlərinin inkişafında faydalı olacaq.

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər