BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Adalia" Beynəlxalq Qadın Platformasının üzvləri, qadınların liderlik və sahibkarlıq sahəsində dəstək və inkişafına töhfə vermək məqsədilə, Azərbaycanın qabaqcıl nəqliyyat-logistika şirkətlərindən biri olan Heritus Logistics-in baş ofisini ziyarət etdilər.

İlhamverici və səmimi ab-havada keçən görüş zamanı hər bir iştirakçı özünü və fəaliyyət sahəsini təqdim edərək yeni tanışlıqların əsasını qoydu. Qadın sahibkarlığının müxtəlif sahələrdə təmsil olunması və bir-birini gücləndirməsi bu platforma görüşünün əsas mövzusuna çevrildi.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olundu, gələcək layihələr və təşəbbüslər üçün ortaq planlar quruldu. Heritus Logistics-in təcrübəli komandası ilə fikir mübadiləsi, qadınların logistik sektorda daha fəal iştirakına dair önəmli məqamları gündəmə gətirdi.

"Adalia" Beynəlxalq Qadın Platformasının qurucusu və rəhbəri Dilşad Əhədova görüş zamanı bildirdi:

"Biz qadınların bir-birindən öyrənə bildiyi, yeni fürsət qapılarının açıldığı belə platformaların sayəsində daha güclü və birləşmiş şəkildə inkişaf edirik. Heritus Logistics ilə başlayan bu dialoqun gələcəkdə mühüm layihələrlə nəticələnəcəyinə inanırıq.”

Ziyarət çərçivəsində Heritus Logistics-in iş mühiti ilə yaxından tanışlıq oldu, şirkətin qadın əməkdaşlarına yaradılan imkanlar və dəstək mexanizmləri təqdim edildi. Görüşün sonunda qarşılıqlı təşəkkürlər bildirildi və birgə əməkdaşlığın davamlılığına dair niyyət ifadə olundu.

Bu təşəbbüs "Adalia" Beynəlxalq Qadın Platformasının "Qadınlar üçün açıq qapılar” təşəbbüsünün növbəti addımı olaraq qadınların həm yerli, həm də beynəlxalq əməkdaşlıqlara çıxış imkanlarını artırmağa yönəlib.

 

 

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər